Əsas Səhifə > Güney Press / Manşet > BİR NEÇƏ HƏRBİ KOMİSSARLIQ YOXLANILACAQ
BİR NEÇƏ HƏRBİ KOMİSSARLIQ YOXLANILACAQ6-11-2012, 18:02 |
![]() DİA.AZ: - Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov problemlə üzləşib. Bu məlumat DİA.AZ-a hərbi qaynaqlardan ötürülüb. Xəbəri verən mənbə bildirir ki, hərbi çağırış sisteminə doğru-dürüst nəzarət edə bilməyən yeni xidmət rəisi məhz bu səbəbdən "yuxarıların" qınaq hədəfinə çevrilib. Xatırladaq ki, bir neçə gün əvvəl həm Müdafiə Nazirliyinin, həm Dövlət Sərhəd Xidmətinin və həm də Daxili Qoşunların hərbi hissələrində anlaşılmaz şəraitin yaranması haqda məlumat vermişdik. Aydın olurdu ki, yeni xidmət əsgərlərin hərbi hissələrə paylaşdırılması işinin öhdəsindən layiq gələ bilmədiyindən çağırışçıların hərbi hissələrə çatdırılmasında günlərlə yubanmalar olub ki, bu da öz növbəsində tərxis olunmuş əsgərlərin evlərinə gec buraxılmaları ilə nəticələnib. Belə ki, yeni əsgərləri qəbul edə bilmədiklərindən əksər hərbi hissələr mühüm postları əsgərsiz qoymamaları üçün ali baş komandanın müvafiq qərarı ilə ordudan tərxis olunan əsgərlərin böyük qismini əlavə müddətə saxlamaq zorunda qalıblar. Artıq bu hadisənin böyük ajiotaja nədən olduğunu bildirən mənbəmiz onu da bildirdi ki, məsələ ilə əlaqədar Arzu Rəhimovdan hesabat istənilməklə yanaşı, eyni zamanda Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yoxlanılması qərarı da verilib. Hər halda yeni yaranmış bir qurumda belə bir yoxlamanın həyata keçirilməsi Arzu Rəhimov üçün heç də ürəkaçan mənzərə hesab oluna bilməz. Mənbəmiz onu da bildirdin ki, ilkin mərhələdə yubanmalara nədən olan əsas bir neçə hərbi komissarlıqda total yoxlama həyata keçiriləcək. Geri qayıt |