Əsas Səhifə > Güney Press / Manşet > FHN ŞEFİNİN RUSİYAYA ŞOK SƏFƏRİ GÖZLƏNİLİR

FHN ŞEFİNİN RUSİYAYA ŞOK SƏFƏRİ GÖZLƏNİLİR


6-11-2012, 16:28
FHN ŞEFİNİN RUSİYAYA ŞOK SƏFƏRİ GÖZLƏNİLİR
KƏMALƏDDİN HEYDƏROVA ÇƏTİN MİSSİYA

DİA.AZ: - Son günlər Rusiyanın Azərbaycana təzyiq rıçağı kimi düşündüyü Rusiya Azərbaycan Təşkilatları İttifaqı ətrafında qalmaqal səngimək bilmir. Bildirək ki, az əvvəl həmin ittifaqda aparıcı xətti tutan В«AzərrosВ» prezidenti Söyün Sadıqovun adamlarının Bakıya məxfi qaydada gəldiyi və Azərbaycanın Qarabağ münaqişəsilə bağlı təslimçi sülhə hazırlanması üçün danışıqlara başlaması haqda xəbərlər yayıldı.

Onu da qeyd edək ki, artıq məlum məlumatlara reaksiya verən Söyün Sadıqov bu kimi xəbərləri özünə qarşı təxribat adlandırsa da, kimsə Rusiyanı anna, Azərbaycanı isə В«tarixiВ» vətəni kimi təqdim edən Söyün Sadıqovun təkziblərini inandırıcı qəbul etmədi.

Amma bunlara rəğmən, rəsmi Bakı üçün RATİ-nin ciddi təhlükə hesab olunması anlaşılandır. Bununla bağlı DİA.AZ-a məlumat verən mötəbər mənbələrin bildirdiyinə görə, hətta Əli Həsənovun bir neçə gün əvvəl əslində Kremlə В«razborkaВ» üçün etdiyi Moskva səfəri də əhəmiyyətli nəticə verməyib və məhz bu səbəbdən hakimiyyət Rusiya paytaxtına ikinci emissarını göndərməyi planlaşdırır.

Həmin şəxsin isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğu bildirilir. Mənbəmizin sözlərinə görə, Kəmaləddin Heydərov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən sonra Rusiyanın Azərbaycanda güvəndiyi ikinci əsas fiqurdur: В«Kəmaləddin Heydərov Rusiyanın siyasi çevrələri ilə çox sıx ilişgilərdədir. Eyni zamanda FHN şefinin RATİ-də təmsil olunan oliqarxların əksəriyyəti ilə dostluq münasibətləri var. Və bu səbəbdən Moskvaya göndərilən ikinci emissarın məhz Kəmaləddin Heydərov olması təsadüfi hesab olunmamalıdır. Hər iki tərəflə eyni qaydada səmimi münasibətlərə malik olan Heydərovun həm Kremldə danışıqlar aparması, həm də oliqarxların təşkilatında aparıcı söz sahibi olan bəzi şəxslərlə görüşəcəyi nəzərdə tutulubВ».

Geri qayıt