Əsas Səhifə > Güney Press / Manşet > HAKİMİYYƏT YENİ ƏFV FƏRMANINA QƏRAR VERİB

HAKİMİYYƏT YENİ ƏFV FƏRMANINA QƏRAR VERİB


6-11-2012, 14:24
HAKİMİYYƏT YENİ ƏFV FƏRMANINA QƏRAR VERİB
DİA.AZ: - Hakimiyyət son günlər gərilən siyasi münasibətlərin nisbətən yumşaldılması yönündə bir sıra addımları ata bilər. Bu ilginc məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki etibarlı mənbəmiz verib. Qaynağın bildirdiyinə görə, bu səbəbdən qarşıdan gələn dövlət bayramlarının birinin ərəfəsində əfv fərmanının verilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda 9 Noyabr - Dövlət Bayrağı Günü, 12 Noyabr - Konstitusiya Günü, 17 Noyabr tarixi isə Milli Dirçəliş Günü kimi qeyd olunur. Mənbəmiz bildirir ki, bu üç tarixlərdən birinin ərəfəsində imzalanması nəzərdə tutulan əfv fərmanı ilə bir sıra məhbusların, həmçinin adları siyahsi məhbus siyahısında olan bəzi müxalifətçilərin də azadlığa çıxacağı gözlənilir.

Gələn məlumatlarda hazırda həbsdə saxlanılan keçmiş nazirlər - Əli İnsanovla Fərhad Əliyevin və В«AzpetrolВ» neft şirkətinin sabiq prezidenti Rafiq Əliyevin bu dəfə də siyahıdan kənarda qalacağı xüsusi olaraq vurğulanıb.

Geri qayıt