Əsas Səhifə > Güney Press / Manşet > YARALI ƏSGƏRİMİZİN HƏYATINA ŞOK BİGANƏLİK
YARALI ƏSGƏRİMİZİN HƏYATINA ŞOK BİGANƏLİK5-11-2012, 18:39 |
![]() DİA.AZ: - Redaksiyamıza bir şikayət məktubu daxil olub. Daxili qoşunların N saylı hərbi hissəsində yenicə olaraq (1 noyabr tarixindən etibarən -red.) qulluğa başlamış əsgərlərimizdən birinin müalicəyə ehtiyacı olsa da, hərbi hissə rəhbərliyi nəinki əsgərə hansısa yardımın göstərilməsinə çalışmır, hətta müalicə tələbinin qarşılığında absurd bəhanələr uydurur. Belə ki, DİA.AZ-a daxil olan müraciətdə DQ-nin N saylı hərbi hissəsində qulluq edən əsgər Tacir Quliyevin ayağında ciddi yaranın əmələ gəlməsi səbəbindən onun yeriməsinin belə imkansız olduğu söylənilir: В«Dəfələrlə hərbi hissə rəhbərliyinə müraciət olunub. Amma komandirlər bəhanə gətirirlər və bildirirlər ki, hələ əsgərin andiçmə mərasimi olmadığından onun В«sançastВ»a köçürülməsi mümkün deyilВ». Hər halda, bu faktın özü növbəti absurd kimi qəbul olunmalıdır. Yəni bu o deməkdir ki, andiçmə mərasimi olmadığından əsgərlərimizin həyatı təhlükə altına atıla bilər… Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |