Əsas Səhifə > Güney Press / Manşet > ETİBAR PİRVERDİYEVİN GEDİŞİNƏ TƏDARÜK
ETİBAR PİRVERDİYEVİN GEDİŞİNƏ TƏDARÜK5-11-2012, 17:45 |
![]() DİA.AZ: - Hələ bir neçə il əvvəl ölkədə enerji böhranı yaşananda mətbuatda В«AzenerjiВ» ASC-nin prezidenti Etibar Pirverdiyevin vəzifədən alınacağı haqda silsilə xəbərlər verilməyə başlandı. Amma bu, baş vermədi. Gözlənilənlərin, yazılanların əksinə olaraq Etibar Pirverdiyevin В«AzenkoВ»su hətta Dövlət Bayraq Meydanının tikintisindən də kənarlaşdırılmadı və hətta əlavə olaraq bu inşaat işlərinə büdcədən 10 milyon manat vəsait də ayrıldı. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, əslində sonradan Dövlət Bayraq Meydanının inşaat işlərinə əlavə olaraq 10 milyon manatın ayrılması da elə Etibar Pirverdiyevin yaşadığı gərginliyin təzahürü idi: В«Artıq hər kəs bunu yaxşı bilir ki, hansısa rayona pul ayrılırsa, bu, o deməkdir ki, həmin rayonun icra başçısı ən azından ayrılan maliyyə vəsaitinin tən yarısını В«yerli qaynaqlarВ» hesabına formalaşdırmalıdırВ». Mənbəmiz bildirir ki, bu gün Dövlət Bayraq Meydanının inşaat işlərinin həyata keçirilməsi üçün də Etibar Pirverdiyev həmin 10 milyon manatlıq vəsaiti öz hesabına ödəmək zorunda qalıb: В«Əslində hər kəsin Etibar Pirverdiyevin vəzifəsindən alınacağını gözlədiyi bir vaxtda onun vəzifəsində saxlanılması da bununla əlaqədar idi. Yəni artıq ASC prezidenti xərcə salındı və bu da onun cəzası oldu. Həmin müddət ərzində isə o, vəzifə başında qalmalı idiВ». Artıq Dövlət Bayraq Meydanında son tamamla işlərinin həyata keçirildiyini bildirən mənbəmiz bildirdi ki, bu səbəbdən Etibar Pirverdiyevə də В«əlvidaВ» demə zamanı yetişib: В«Ola bilsin ki, yaxın günlərdə, ən uzağı isə gələn ilin yanvar ayının əvvəlində məlum qərar elan olunsunВ». Geri qayıt |