Əsas Səhifə > Güney Press / Manşet > OLİQARX-MƏMURLARIMIZ NECƏ XƏRCƏ DÜŞÜRLƏR?
OLİQARX-MƏMURLARIMIZ NECƏ XƏRCƏ DÜŞÜRLƏR?1-11-2012, 17:41 |
![]() PLANA DÜŞƏN EVLƏRİN PULU “OBŞIY KATYOL”DAN GEDİR DİA.AZ: - Bakı artıq tam olaraq bir tikinti meydançasını xatırladır. Doğrudur, В«Avroviziya-2012В» hazırlıqları dönəmində paytaxtın mərkəzi rayonu hesab olunan Səbayelin Bayıl qəsəbəsi əməlli-başlı şantiyeyə bənzəyirdi. İndi isə bütün Bakı inşaat meydançasını xatırladır. Təbii ki, bütün bu tikinti işləri şəhərin gözəlləşdirilməsinə xidmət etdiyi kimi, eyni zamanda bir sıra problemləri də yaradıb. Söhbət evləri plana düşənlərin narazılığından gedir. Bildirək ki, bu barədə dəfələrlə məlumatlar çatdırmışıq. Bu əsnada ən əsas problem plana düşmüş ev sakininin alacağı təzminatla bağlıdır. Artıq bu kimi problemlərin sayı bitib-tükənmək bilmir. Dəfələrlə mətbuatda bu məsələyə toxunulsa da, hələ də inşaat firmaları vətəndaşları narazı salmaqlarında davam edirlər. Onu da qeyd edək ki, eyni problem həm özəl şirkətlərin istəyi ilə və həm də dövlət ehtiyacı məqsədilə plana salınan evlərlə bağlı da qüvvədədir. Bu halda isə ortaya bir sual çıxır: Görəsən, dövlətin ehtiyacı məqsədilə plana düşən evlərdən sakinlərin çıxarılması üçün verilən təzminat hansı qaynaq hesabına ödənilir. Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mötəbər mənbə bildirir ki, əslində həmin ödənişlər üçün konkret qaynaq olmadığından əksər hallarda problemlər yaranır: В«Konkret qaynaq mövcud deyil. Təxminən belə bir proses baş verir. Bütün oliqarx-məmurlar, nüfuzlu şirkətlər В«obşıy katyolВ» deyə biləcəyimiz qeyri-rəsmi fonda pul keçirirlər və həmin fonddan götürülən vəsait dövlət ehtiyacı məqsədilə plana düşən evlərin satın alınmasına yönəldilirВ». Mənbəmiz onu da bildirdi ki, amma bəzi hallarda konkret bir ərazi hansısa oliqarx-məmurun boynuna qoyulur: В«Ona görə də vətəndaş problemlərlə üz-üzə qalır. Çünki həmin məmur pulu cibindən ödədiyindən çalışır ki, daha az pul xərcləməklə ona tapşırılan işi yola versinВ». Mənbəmizin sözlərinə görə, əslində prezident İlham Əliyevin plana düşən evlər üçün qeyri-rəsmi şəkildə müəyyən etdiyi qiymət limiti (hər kvadrat metrə görə 1500 manat) sırf olaraq həmin В«obşıy katyolВ»a pul atan məmurların işinin asanlaşdırılmsı üçün nəzərdə tutulub. Geri qayıt |