Əsas Səhifə > Güney Press / Manşet > BƏYLƏR ƏYYUBOVUN ADI VİDEO QALMAQALDA

BƏYLƏR ƏYYUBOVUN ADI VİDEO QALMAQALDA


24-10-2012, 15:45
BƏYLƏR ƏYYUBOVUN ADI VİDEO QALMAQALDA
HAKİMİYYƏT DƏHLİZLƏRİNDƏ DANIŞILAN DEDİ-QODU

DİA.AZ: - Neçə müddətdir ki, bütün ölkə mediası lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin açıqladığı gizli videoçəkilişləri müzakirə etməkdədir. Və bildirək ki, cəmiyyət üçün də kifayət qədər maraqlı olan bu mövzu müstəvisində artıq iki qurban verilib. Onlardan biri mandatı əlindən alınan Gülər Əhmədova, digəri isə işindən olan DİN 7-ci şöbənin əməkdaşı Rövşən Abbasquliyevdir.

Bildirək ki, Elşad Abdullayevin bu məsələdə heç də tək hərəkət etmədiyi və ona dəstək verənlərin olduğu haqda da kifayət qədər müzakirələr aparılıb və ortada müxtəlif versiyalar səsləndirilib. Bununla əlaqədar DİA.AZ-a danışan mötəbər mənbə bildirir ki, əslində Elşad Abdullayevin kimin sifarişi ilə hərəkət etməsi daha önəmli hadisədir, nəinki kimləri В«vurması»…

Mənbəmizin söylədikləri: В«Bu işin arxasında kimlər dayana bilər? Hakimiyyət dəhlizlərindlə gedən müzakirələrdən belə nəticə çıxır ki, məsələdə Bəylər Əyyubov da maraqlı tərəf kimi çıxış edə bilər. Belə ki, neçə müddətdir Bəylər Əyyubov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə ədavətdədirВ».

Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, Bəylər Əyyubov zamanında Elşad Abdullayevlə yaxşı münasibətlərdə olub və hətta ABU-nun fəaliyyətinə qadağa qoyulanda da Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini olan Bəylər Əyyubov keçmiş rektoru müdafiə etməyə çalışmışdı.

Geri qayıt