Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISI HƏMKARININ OBYEKTİNİ YANDIRDI
İCRA BAŞÇISI HƏMKARININ OBYEKTİNİ YANDIRDI23-10-2012, 15:37 |
![]() DİA.AZ: - Masallıda yeni münaqişə ocağı yaranıb. Belə ki, rayonun icra başçısı - Prezident Administrasiyasının Ağcabədi rayonu üzrə keçmiş kuratoru Rafil Hüseynov keçmiş icra başçısı Qəzənfər Ağayevin obyektlərini ələ keçirə bilməsi üçün hərəkətə keçib. Bu barədə xəbərlər DİA.AZ-a Masallıdakı qaynaqlar tərəfindən ötürülüb. Məlumatlı mənbənin redaksiyamıza söylədiklərindən belə aydın olur ki, hazırda Astara rayonuna rəhbərlik edən Qəzənfər Ağayevin Masallıdakı iki obyekti Rafil Hüseynovun göstərişi ilə atəşə verilib. Mənbəmiz bildirir ki, həmin obyektlərdən biri Masallıda rayon mərkəzində Heydər Parkında yerləşən çayxanadır, digəri isə Lənkəran və Masallı rayonlarının arasında yerləşən В«Cənnət BağıВ» restoranıdır. DİA.AZ-a verilən xəbərlərdə bildirilir ki, gəldiyi ilk gündən Rafil Hüseynov həmin obyektlərə tamah salsa da, Qəzənfər Ağayev çayxana və restoranı yeni başçıya güzəştə getmək istəməyib: В«Hətta onların arasında bu mövzuda telefon söhbəti də olub. Rafil Hüseynov Qəzənfər Ağayevə israrla bildirib ki, həmin obyektlər onun olmalıdır. Bunu eşidəndən sonra Qəzənfər Ağayev Rafil Hüseynovu ağır formada təhqir edib və dəstəyi yerinə asıbВ». Mənbəmiz onu da bildirdi ki, dünən axşam saatlarında hər iki obyektin yandırılması yerli sakinlərin bəzilərinin ürəyincə olub: В«Məlumdur ki, Qəzənfər Ağayev neçə müddət Masallı sakinlərinin narazılıqları ilə üzləşib. Hətta rayonun Ziyalılar Birliyi keçmiş icra başçısına qarşı aclıq aksiyası da təşkil etmişdi. İndi onlar üçün bu hadisə çox sevindirici olubВ». Geri qayıt |