Əsas Səhifə > Güney Press / Manşet > RƏSMİ MOSKVA PA ŞEFİ POSTUNU SANKİ В«BRON EDİBВ»

RƏSMİ MOSKVA PA ŞEFİ POSTUNU SANKİ В«BRON EDİBВ»


23-10-2012, 13:27
RƏSMİ MOSKVA PA ŞEFİ POSTUNU SANKİ В«BRON EDİBВ»
DİA.AZ: - Bəzi KİV-lərdə prezidentlə görüşə hazırlaşan baş nazirin keçmiş müavini Abbas Abbasovla bağlı ilginc məlumatlar yayılıb. Bildirilir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi qanad onun həbsinə nail olmaq istəyir və artıq bununla bağlı plan da hazırlanıb.

Bu barədə DİA.AZ-a məlumat verən qaynaq isə bildirir ki, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının yaradıcılarından olan Abbas Abbasovla bağlı məsələnin bu həddə qədər şişirdilməsi əks qütbdə dayananların imkanları xaricindədir. Belə ki, Abbas Abbasov və onunla bərabər bu təşkilatda təmsil olunan dairələr hətta Kremlə güvənən Ramiz Mehdiyevin bu təminatını da əlindən almağa müvəffəq olublar.

Mənbəmiz bildirir ki, Araz Ağalarov, İsgəndər Xəlilov, Söyün Sadıqov kimi Kreml yanlısı olan oliqarxların cəlməşdiyi ittifaq onsuz da səhhətilə əlaqədar getmək zorunda qalan Ramiz Mehdiyevə alternativ fiquru belə hazırlayıblar. Həmin şəxsin eyni zamanda Rusiyaya da yaxın birisi olduğunu bildirən mənbəmiz vurğuladı ki, bu məsələdə yalnız Qərbin narahatçılıq keçirə bilməsi mümkündür.

Xatırladaq ki, bir müddət əvvəl cəmiyyət arasında В«Putinin dostuВ» kimi tanınan tanınmış iş adamı İlham Rəhimlinin Ramiz Mehdiyevin yerin gətirələcəyi haqda məlumatlar yayılmışdı. Lakin sonradan bu prosesin durdurulduğu və Ramiz Mehdiyevin də iştirakçısı olduğu bu prosesə qarşı böyük təpginin olduğu məlum oldu.

İndi isə aydın olur ki, alternativ olaraq hazırlanan projedə də Qərbin maraqları təmin olunmur. Yəni bir rusiyanlı gedir, yerinə digər rusiyanlı gəlir. Amma burada bir məsələ var ki, yeni gələn fiqur həm də hakimiyyət daxilində böyük dəyişiklikləri də stimullaşdırmış olacaq. Onun kimliyi ilə bağlı isə heç bir bilgi verilmir.

Geri qayıt