Əsas Səhifə > Güney Press / Manşet > NÖVBƏTİ "ÇEVRİLİŞ"İN QURBANI KİMDİR?
NÖVBƏTİ "ÇEVRİLİŞ"İN QURBANI KİMDİR?22-10-2012, 16:24 |
![]() Hakimiyyət istənilən məmur qurban verə bilər Azərbaycan hakimiyyəti çətin vəziyyətdədir. Xüsusilə "Gülər Əhmədova olayı", Elşad Abdullayevin yini sensasion videolarının yayılacağı xəbəri, sürətli qiymət artımı, sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi, narazıların sayının artması hakimiyyətin ciddi narahatlığına səbəb olub. Azərbaycan hakimiyyəti isə son zamanlar bu baş verənlərin qarşısını ala bilmir. Çünki bunun əsas səbəbkarı elə hakimiyyətin özüdür. Amma problem təkcə bu deyil. Qarşıdan prezident seçkisi gəlir. Qərb və beynəlxalq təşkilatlar hakimiyyətdən demokratik seçki tələb edəcək. Amma demokratik seçki bu hakimiyyətin süqutu deməkdir. Ona görə də hakimiyyət son dövrlər ölkədə baş verən qalmaqqalı hadisələrə don geyindirməyi qərara alıb. Nəticədə yeni problemlər ortaya çıxır. Hakimiyyət isə belə bir şəraitdə seçkiyə getmək arzusunda deyil. Vəziyyəti az da olsa öz xeyrinə dəyişmək istəyir. Amma necə? Ehtimal olunur ki, hakimiyyət bu dəfə də köhnə təcrübədən istifadə edəcək. Söhbət növbəti dövlət çevrilişi şousundan gedir. Yəni, hakimiyyət xalq arasında az da olsa nüfuz qazanmaq üçün bir neçə məmuru dövlət çevrilişinə cəhddə ittiham edib qurban verə bilər. Sosial-iqtisadi vəziyyətin pisləşməsi səbəbkarları kimi də həmin məmurlar göstərilə bilər. DİA.AZ-ın "AzeriNews.org"a istinadən verdiyi məlumata görə, hakimiyyət vəziyyətdən çıxış yolu kimi dövlət çevrilişi şousundan istifadə edə bilər: "Yaxın tarixə nəzər salsaq, hakimiyyətin bu cür şoulardan yararlandığının şahidi ola bilərik. 2005-ci ildə sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və digər məmurların dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunması buna bariz nümunədir. O zaman diqqət etdinizsə, həmin məmurlar həm də korrupsiya və rüşvətxorluqda ittiham olundu. Guya ölkəni talayan yalnız bunlar olub. Ona görə də növbəti il də belə bir şounu istisna etmirəm". Hansı məmurların qurban verilə biləcəyinə gəlincə, mənbə hesab edir ki, əsasən hakimiyyət üçün xüsusi təhlükə yaratmayan məmurlar hədəf seçilə bilər. "Onların sırasında hakimiyyətin gələcəyi baxımından narahtlıq doğuran fiqurlar da ola bilər",- deyə mənbə bildirib. Bundan əlavə mənbə bildirir ki, belə bir şounun seçkiyə çox az qalmış müddətdə baş verə biləcəyinə ehtimal var: "Axı bu şounun effekti olmalıdır. Ona görə də hesab edirəm ki, belə bir şouya ehtiyac olacaqsa, bu, seçkiyə çox az qalmış müddətdə baş verəcək. Təcrübə də bunu göstərir. Bu şouda istənilən məmur qurban verilmə ehtimalı böyükdür. Hakimiyyət istənilən məmuru qurban verməyə hazırdır. Yəni, bu ən xırda məmurdan tutmuş, ən fövqəl məmura qədər qurban verilə bilər". Geri qayıt |