Əsas Səhifə > Güney Press / Manşet > DAHA BİR DEPUTAT RAMİZ MEHDİYEVƏ QARŞI GEDİR
DAHA BİR DEPUTAT RAMİZ MEHDİYEVƏ QARŞI GEDİR22-10-2012, 14:35 |
![]() ZİYAD SƏMƏDZADƏ HƏDƏFƏ ALINA BİLƏR DİA.AZ: - Yaxın günlərdə deputat Ziyad Səmədzadənin "vurulması" gözlənilir. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda qeyd edilir ki, deputatın "vurulması"na səbəb onun bu yaxınlarda Ziyalılar Forumunun üzvləri ilə bir araya gəlməsi olub. Məlumatlara görə, Ziyad Səmədzadə ilə Ziyalılar Forumunun üzvləri arasında müxtəlif müzakirələr aparılıb. Hətta deputatın yaxın aylarda Ziyalılar Forumunun heyyətinə qatılacağı da ehtimal olunur. Lakin məsələdən xəbərdar olan YAP-çılar deputatın bu hərəkətindən hiddətləniblər. Mənbənin bildirdiyinə görə, YAP Ziyad Səmədzadəyə qarşı total hücumlara başlamaq qərarına gəlib. Bu məsələdə xüsusilə deputatın keçmişinə əl gəzdiriləcək. Mənbənin sözlərinə görə, Ziyad Səmədzadənin Ziyalılar Forumuna qatılacağı təqdirdə YAP keçmiş "xainin" və indiki deputatın əməllərini ona xatırladacaq. Bununla da Ziyad Səmədzadədə növbəti "xain" obrazı yaradılacaq. Qeyd edək ki, hazırda parlamentin üzvü olanlardan o zaman mərhum prezident Heydər Əliyevə qarşı çıxan yeganə şəxs Ziyad Səmədzadə olub. Onunla Heydər Əliyev arasındakı qalmaqalı yəqin ki, hər kəs xatırlayır. Ziyad Səmədzadə Heydər Əliyevin fəaliyyətini araşdırmaq üçün xüsusi komissiya yaratmağı təklif etmişdi. Heydər Əliyev buna etiraz edəndə isə aralarında mübahisə düşmüşdü. Məhz buna görə Heydər Əliyev hakimiyyətə gələndən sonra Ziyad Səmədzadə bir müddət ortalıqda görünmədi. 2005-ci il parlament seçkilərində isə "əfvə düşdü" və mandatla mükafatlandırıldı. Bir başqa qaynaqlar isə redaksiyamıza bildirib ki, Ziyad Səmədzadənin Ziyalılar Forumuna meyillənməsinin arxasında son günlər Rusiya paytaxtında baş verən olaylar dayanır. Deputatın ÜmumRusiya Azərbaycan Təşkilatları İttifaqından, xüsusən də baş nazirin birinci müavini olmuş Abbas Abbasovdan qidalanan Ziyad Səmədzadə Rüstəm İbrahimbəyovun xətti ilə Ziyalılar Forumuna da cəkb edilir. Mənbəmiz onu da bildirdi ki, əslində Ziyalılar Forumu antimehdiyevmi qruplaşmalar tərəfindən yönləndirilir. Geri qayıt |