Əsas Səhifə > Güney Press / Manşet > GÜLƏR ƏHMƏDOVA ƏKS HÜCUMA HAZIRLAŞIR

GÜLƏR ƏHMƏDOVA ƏKS HÜCUMA HAZIRLAŞIR


18-10-2012, 15:15
GÜLƏR ƏHMƏDOVA ƏKS HÜCUMA HAZIRLAŞIR
DİA.AZ: - Elşad Abdullayevin yaydığı videoçəkilişlərin yaratdığı ajiotajda mandatını qurban verən və barəsində cinayət işi açılan Gülər Əhmədova əks hücuma hazırlaşır. Bu ilginc məlumatı DİA.AZ-a xanım deputatın yaxınları verib.

Məlumatdan aydın olur ki, Gülər Əhmədovanın hədəfində müstəqil və müxalif qəzetlər, xəbər portalları olacaq. Belə ki, keçmiş deputat bu neçə gündə barəsində yayılan xəbərlərdən sarsıntı keçirdiyini iddia edərək məhkəmədən bir neçə jurnalist barəsində xüsusi ittiham qaydasında cinayət işinin açılması üçün müraciət hazırlayır.

Onu da qeyd edək ki, hadisələrin ilk günündə Gülər Əhmədovanın insult keçirdiyi bildirilsə də, sonradan keçmiş deputatın yaxınlarının yaydığı bu xəbər həkimlər tərəfindən təsdiqlənmədi və ona nevrotik gərginlik diaqnozu qoyuldu. Ardından Gülər Əhmədovanın В«MərkəzВ» qəzetindəki fəaliyyətini bərpa etməsi də insult keçirmə məsələsinin reallıqdan uzaq olduğunu ortaya qoydu.

İndi isə keçmiş deputat sarsıntı keçirdiyini iddia edib, jurnalistləri hədəfə almağa hazırlaşır. Hər halda, məhkəmə ilk əvvəl onun hansı hadisə nəticəsində sarsıldığını çox asanlıqla müəyyən edəcək və burada qəzetçilərin iştirak payının sıfıra bərabər olduğu məlum olacaq.

Geri qayıt