Əsas Səhifə > Güney Press / Manşet > YAŞA, YAŞA, MİN YAŞA, EY ŞANLI AZƏRBAYCAN!!!
YAŞA, YAŞA, MİN YAŞA, EY ŞANLI AZƏRBAYCAN!!!18-10-2012, 08:40 |
![]() Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyi barədə Konstitusiya Aktını qəbul edib. Sənəddə müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunub. Konstitusiya Aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini-bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edirdi. Xatırladaq ki, Azərbaycanın müstəqilliyi birinci Türkiyə Cümhuriyyəti tanıyıb. Təsadüfi deyil ki, bu gün Azərbaycanda iş günüdür. Bəlkə də bu bir simvol anlamına gəlir. Çünki hələ də Azərbaycanın Dövlət Müstəqilliyi onun bütün torpaqlarına şamil olunmur. Yəni görüləsi işlərimiz hələ qabaqdadır. Ozan Arif demişkən: Azadlıq gəldi lakin, güləmədi Qarabağ – 70 illik yaşını siləmədi Qarabağ... DİA.AZ Geri qayıt |