Əsas Səhifə > Güney Press / Manşet > ABDULLAYEVDƏN KİV-LƏRƏ MESAJ: VİDEONU YAYMAYIN!

ABDULLAYEVDƏN KİV-LƏRƏ MESAJ: VİDEONU YAYMAYIN!


17-10-2012, 17:35
ABDULLAYEVDƏN KİV-LƏRƏ MESAJ: VİDEONU YAYMAYIN!
DİA.AZ: - Məlum olduğu kimi, bu gün bir sıra yerli KİV-lər fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yeni videosunun yayılması haqda məlumat veriblər və anons ediblər ki, həmin video ictimaiyyətə yaxın saatlarda açıqlanacaq və stenoqramm hazırlanır.

Bununla bağlı DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, Elşad Abdullayev əslində heç bir yeni video yaymayıb və sadəcə olaraq bir neçə ay əvvəl bəzi KİV-lərə yolladığı videomateriallar bu gün yeni açıqlanan dəlil kimi təqdim olunur.

Mənbəmiz onu da bildirdi ki, əslində Elşad Abdullayev həmin videomaterialların bu gün ictimailəşməsinin əleyhinədir: В«Ona görə də, Elşad Abdullayevin vəkilinin imzası ilə qəzet redaksiyalarına (hansılar ki, onlarda həmin videoçəkilişin nüsxələri var -red.) materialın ictimailəşdirilməməsi ilə bağlı rəsmi müraciət göndərilib. Və qeyd olunur ki, faktın açıqlanması cinayət işini araşdıran istintaq orqanlarının işinə maneçilik törədə bilərВ».

Geri qayıt