Əsas Səhifə > Güney Press / Manşet > DEPUTATIN DEPUTATA 120 MİN MANAT BORCU VAR
DEPUTATIN DEPUTATA 120 MİN MANAT BORCU VAR17-10-2012, 15:30 |
![]() DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, qəzet yayımı ilə məşğul olan firmaların çöküşündə müstəsna rola malik səbəblərdən biri də ayrı-ayrı dövlət qurumlarının həmin yayım şirkətlərinə qəzet abunəsindən borclanmalarıdır. Məlumatımızda onu da bildirmişdik ki, hətta Bakı Dövlət Universitetinin belə bu gün qəzet abunəsinə görə külli miqdarda borcu var. Bu gün isə deputat Abel Məhərrəmovun rektorluq etdiyi Bakı Dövlət Universitetinin hansı mətbuat yayımı firmasına borcunun olması ilə bağlı dəqiq bilgilər əldə etmişik. Bu barədə DİA.AZ-a xəbər verən məlumatlı mənbənin sözlərinə görə, BDU-nun borclandığı yayım şirkəti В«QasidВ» mətbuat yayımı firmasıdır. Bildirək ki, bu firmaya deputat Mirkazım Kazımov rəhbərlik edir. Yəni buradan da belə çıxır ki, son zamanlar Prezident Administrasiyası tərəfindən basqılara məruz qalan Mirkazım müəllimin şirkəti məhz onun deputat həmkarı Abel Məhərrəmovun borclu olması faktından əziyyət çəkir. Bildirək ki, hazırda В«QasidВ» mətbuat yayımı firmasının qəzet redaksiyalarına külli miqdarda borcu var. Borcunu ödəyə bilməyən yayım firması səbəb kimi həm onlara məxsus köşklərin kütləvi şəkildə В«plana salınmasınıВ», həm də abunədən pullarını yığa bilməmələrini göstərirlər. Qeyd edək ki, bu barədə Bakı Dövlət Universitetinin mühasibatlığından suallarımıza cavab verə bilmədilər bə bildirdilər ki, sabah əlaqə saxlayaq. Geri qayıt |