Əsas Səhifə > Güney Press / Manşet > KEÇMİŞ NAZİR HANSI KLUBU MALİYYƏLƏŞDİRİB?

KEÇMİŞ NAZİR HANSI KLUBU MALİYYƏLƏŞDİRİB?


16-10-2012, 14:19
KEÇMİŞ NAZİR HANSI KLUBU MALİYYƏLƏŞDİRİB?
AZƏRBAYCANDA, SƏN DEMƏ, QADIN FUTBOLU GÜCLÜ OLUB

DİA.AZ: - Azərbaycanda qadın futbolunun hansı səviyyədə olması ölkəmizdə keçirilən dünya çempionatından da bəlli oldu. Yəni əslində bu sahə lkəmizdə yox dərəcəsindədir. İndi qayıdıb, deyə bilərsiniz ki, kişi futbolu varmı ki, qadın futbolunu da axtarırıq. Haqlısınız, amma məsələ ondadır ki, bizdə olmayan nəsnələrin çempioanatı keçirilsə də, ənənəyə müraciət olunmur.

Bəli, Azərbaycanda zamanında qadın futbolu olub və hətta Azərbaycanın qadın futbol komandası 1988-ci ildə SSRİ çempionu da olub. Bu barədə DİA.AZ-a məlumat verən həmin komandanın qurucularından biri bildirdi ki, 1988-ci ildə gənc qızlardan ibarət bir məhəllə komandasını o zamanlar çalışdığı Trolleybus-Tramvay İdarəsinin nəzdində В«TTUВ» adlı kluba çeviriblər:

В«Sırf təsadüfən həmin komanda ilə rastlaşdıq. Keçmiş futbolçu Nadir Əliyev onları çalışdırırdı. Biz də gördük, komandanın uğurlu olacağına inandıq. Sonradan finalda Qazaxıstan nümayəndələrinə qalib gələrək SSRİ çemionu adını aldıqВ».

Həmsöhbətimiz bildirir ki, ilk gündən onlara həmin zamanlar В«OBXSВ» işləyən, sonradan Daxili İşlər Naziri postuüna qədər yüksələn İsgəndər Həmidov himayədarlıq edib: В«Hər futbolçuya 60 manat maaş yazsaq da, onların əsas qazancı sponsordan idi. Hətta məşhur Banişevski də onlara təlim keçməyə gəlirdiВ».

Hazırki Azərbaycan futbolunun halına acıyan həmsöhbətimiz bildirdi ki, indi də belə bir komandanı yaratmaq olar: В«Öz yerli oyunçularımızın hesabına komanda qurmaq olar. O zaman bizdə kənar kimsə yox idi. Əsas hücumçumuz olan Rəvanə hazırda Türkiyədə yaşayır və SSRİ dağılandan sonra hətta В«TrabzonsporВ»un qadınlar klubunda da oynayıb. İndi isə pulu xaricilərə xərcləyirlər. Halbuki küçə-küçə düşüb, oyunçuları yığa bilərlərВ».

Geri qayıt