Əsas Səhifə > Güney Press / Manşet > ERMƏNİ AGENTURASI BAKIDA TERROR ETMƏK İSTƏYİB
ERMƏNİ AGENTURASI BAKIDA TERROR ETMƏK İSTƏYİB15-10-2012, 13:24 |
![]() ERMƏNİ MƏTBUATI: В«ZAMİRJON OTAJONOVU ÖLDÜRÜBLƏRВ» DİA.AZ: - Bir neçə gün əvvəl düşmən erməni tərəfi Azərbaycana qarşı növbəti absurd ittihamla çıxış etdi. Xatırladaq ki, bu barədə məlumatı ilk olaraq bizlər diqqətinizə çatdırmışdıq və sonradan bu olayla bağlı digər KİV-lər də xəbər yaydı. DİA.AZ-ın erməni mətbuatına istinadən verdiyi xəbərlərdən aydın olurdu ki, guya Ermənistanın xüsusi xidmət orqanları Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin təxribatının qarşısını almağa müvəffəq olub. Məlumatda deyilirdi: В«24 sentyabr tarixində Ermənistanın xüsusi xidmət orqanlarına Özbəkistan vətəndaşı olan, tacik millətindən olan 1979-cu il təvəllüdlü Zamirjon Otajonov müraciət edib və bildirib ki, o, 20 min ABŞ dollarının qarşılığında Azərbaycan paytaxtında terror aktı həyata keçirə bilər. Özünün bu təklifini Otajanov belə izah edib ki, 2012-ci ildə Bakıdakı tikinti firmalarının birində çalışıb və həmin firma tərəfindən əməkhaqqısının verilməməsi səbəbindən, onda azərbaycanlılara qarşı nifrət yaranıbВ». Ermənistan xüsusi xidmət orqanlarının məlumatında daha sonra bildirilirdi ki, guya bundan sonra əməliyyat aparılıb və öyrənilib ki, Otajonov Azərbaycan MTN-ni tərəfindən tutulmuş təxribatçıdır. Daha sonra erməni tərəfi yazır: В«Bununla da Azərbaycan Ermənistanı bütün dünyaya terroru dəstəkləyən ölkə kimi (guya belə deyil? - red.) təqdim edəcəkdi və Ermənistan əleyhinə təbliğat kampaniyası quracaqdı. Diqqət yetirin, Azərbaycan Otajonovu Ermənistana Ramil Səfərov məsələsinin qızışdığı bir dönəmdə yollayır. Və həmin vaxtı siyasi münasibətlər gərilmişdiВ». Daha sonra erməni mətbuatı yazırdı ki, Zamirjon Otajonov Ermənistandan deportasiya edilib. Bununla bağlı düşmən mətbuat hələ də susmayıb. DİA.AZ bildirir ki, son iki gündə bir sıra erməni KİV-lərində Zamirjon Otajonov olayı ilə bağlı əks fatlar yayılıb. Əsasən Sarkisyan hakimiyyətinə müxalif olan mətbuatda yer alan xəbərlərdə bildirilir ki, əslində Zamirjon Otajonov Ermənistan xüsusi xidmət orqanlarının agenti olub. Məlumatda deyilir: В«Həmin agent Azərbaycana terror aktları törətmək üçün göndərilibmiş. Amma uğursuz olduğundan geriyə İrəvana - Ermənistanın xüsusi xidmət orqanlarından ona vəd olunan haqqı almağa qayıdıb. Lakin erməni kəşfiyyatı ona vəd olunan pulu verməkdən boyun qaçırıbВ». Daha sonra tacik əsilli Zamirjon Otajonovun aqibəti ilə bağlı şübhələrin yarandığı da həmin materiallarda vurğulanır: В«Onun deportasiya olunduğu söylənilir. Amma hara? Bu haqda məlumat verilmir. Daha çox inandırıcıdır ki, artıq əməkdaşlığa yaramayan Otajonov fiziki cəhətdən məhv edilibВ». Geri qayıt |