Əsas Səhifə > Güney Press / Manşet > İLK OLARAQ HANSI RAYONLARI YOXLAYACAQLAR?

İLK OLARAQ HANSI RAYONLARI YOXLAYACAQLAR?


12-10-2012, 16:42
İLK OLARAQ HANSI RAYONLARI YOXLAYACAQLAR?
DİA.AZ: - Məlumat verərək bildirmişdik ki, rayon icra hakimiyyətləri təftişə uğraya bilər. Yoxlamaların nədəni isə vətəndaş-məmur münasibətlərində etik qaydalara riayət olunub-olunmaması ilə bağlıdır. Xatırladaq ki, anoloji yoxlama bir il əvvəl həyata keçirilmişdi və bu yoxlamalardan sonra belə Quba kimi rayonlarda məhz etik qaydalara riayət məsələsindəki problemlər səbəbindən təftişlərin heç də qeyd olunan məqsədə xidmət etmədiyini üzə çıxarmışdı.

Bu səbəbdən ikinci yoxlama dalğası qərarının verildiyi bildirilir. Bununla bağlı DİA.AZ-a danışan Nazirlər Kabinetindəki qaynağın sözlərindən belə aydın olur ki, ilkin olaraq 10 rayonda yoxlamalar aparılacaq və onlar aşağıdakılardır:

Yardımlı;
Ağsu:
Daşkəsən;
Tovuz;
Qusar;
Lənkəran;
Cəlilabad;
Ağcabədi;
Füzuli və
Gədəbəy.

Xatırladaq ki, bu dəfəki yoxlamalar zamanı icra başçılarına qarşı sərt davranılacağı ilk gündən anons edilib.

Geri qayıt