Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOVUN QOHUMU MƏHKƏMƏDƏ UDUZDU

ZİYA MƏMMƏDOVUN QOHUMU MƏHKƏMƏDƏ UDUZDU


11-10-2012, 16:12
ZİYA MƏMMƏDOVUN QOHUMU MƏHKƏMƏDƏ UDUZDU
DİA.AZ: - Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın qohumlarının mətbuata qənim kəsilməsi bir ənənə halını alıb. Məsələn, nazirin oğlu, В«ZQANВ» Holdinqin direktorlar şurasının sədri Anar Məmmədov В«Gündəm XəbərВ» qəzetinə qarşı iki dəfə iddia qaldırıb və qəzeti cərimələtdirib. Bundan əlavə, Anar Məmmədov eyni zamanda В«Yeni MüsavatВ» və В«AzadlıqВ» qəzetlərinə qarşı da В«ayı işiВ» ilə bağlı məhkəmə iddiaları qaldırıb. Bu da son deyil. Anar Məmmədovun В«UnikalВ» və В«OlaylarВ» qəzeti ilə də məhkəmə çəkişməsinə getdiyi məlumdur.

İndi isə Ziya Məmmədovun əmisi oğlu, Göyçayın icra başçısı Mənsur Məmmədovun bir məhkəməsi ilə bağlı xəbər almışıq. Əslində, Məmmədovlar ailəsinin bu nümayəndəsi 1 il 4 aydır ki, bir rayon qəzetinin redaktorunu həbs etdirmək istəyirmiş. Və həmin tarixdə Yasamal rayon məhkəməsi tərəfindən icra başçısı Mənsur Məmmədovun iddiası ilə müvafiq cəza çıxarılıb. Bu gün isə həmin qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçən məhkəmə iclasında ləğv edilib.

DİA.AZ-a daxil olan məlumata görə, В«Son olayВ» qəzetinin redaktoruna qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldıran şəxs Göyçay bazarının rəhbəri Şahbazi Əjdər Qəzənfər oğlu olub. Bazar isə icra başçısı Mənsur Məmmədova məxsusdur və qəzetdə bu bazardakı qanunsuz əməllərlə bağlı material dərc olunduğundan icra başçısının adamları qəzetin redaktorunu həbs etdirmək fikrinə düşübmüşlər.

Geri qayıt