Əsas Səhifə > Güney Press / Manşet > ERMƏNİLƏRDƏN İDDİA: BİZİM CASUSU TUTUBLAR?
ERMƏNİLƏRDƏN İDDİA: BİZİM CASUSU TUTUBLAR?10-10-2012, 16:37 |
![]() ZAMİRJON OTAJONOV KİMDİR? DİA.AZ: - Erməni tərəfi Azərbaycana qarşı növbəti absurd ittihamla çıxış edib. DİA.AZ-ın erməni mətbuatına istinadən verdiyi xəbərlərdən aydın olur ki, guya Ermənistanın xüsusi xidmət orqanları Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin təxribatının qarşısını almağa müvəffəq olub. Məlumatda deyilir: В«24 sentyabr tarixində Ermənistanın xüsusi xidmət orqanlarına Özbəkistan vətəndaşı olan, tacik millətindən olan 1979-cu il təvəllüdlü Zamirjon Otajonov müraciət edib və bildirib ki, o, 20 min ABŞ dollarının qarşılığında Azərbaycan paytaxtında terror aktı həyata keçirə bilər. Özünün bu təklifini Otajanov belə izah edib ki, 2012-ci ildə Bakıdakı tikinti firmalarının birində çalışıb və həmin firma tərəfindən əməkhaqqısının verilməməsi səbəbindən, onda azərbaycanlılara qarşı nifrət yaranıbВ». Ermənistan xüsusi xidmət orqanlarının məlumatında daha sonra bildirilir ki, guya bundan sonra əməliyyat aparılıb və öyrənilib ki, Otajonov Azərbaycan MTN-ni tərəfindən tutulmuş təxribatçıdır. Daha sonra erməni tərəfi yazır: В«Bununla da Azərbaycan Ermənistanı bütün dünyaya terroru dəstəkləyən ölkə kimi (guya belə deyil? - red.) təqdim edəcəkdi və Ermənistan əleyhinə təbliğat kampaniyası quracaqdı. Diqqət yetirin, Azərbaycan Otajonovu Ermənistana Ramil Səfərov məsələsinin qızışdığı bir dönəmdə yollayır. Və həmin vaxtı siyasi münasibətlər gərilmişdiВ». Daha sonra erməni mətbuatı yazır ki, Zamirjon Otajonov Ermənistandan deportasiya edilib. Geri qayıt |