Əsas Səhifə > Güney Press / Manşet > KEÇMİŞ REKTOR NƏDƏN TƏMİNATA REAKSİYA VERMƏDİ?

KEÇMİŞ REKTOR NƏDƏN TƏMİNATA REAKSİYA VERMƏDİ?


9-10-2012, 17:07
KEÇMİŞ REKTOR NƏDƏN TƏMİNATA REAKSİYA VERMƏDİ?
DİA.AZ: - Bir neçə gündür ki, ölkə gündəmini lərzəyə gətirən videoqalmaqalı ilə diqqət mərkəzində olan lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin həyatı təhlükə altındadır. Bu barədə DİA.AZ-a onun yaxınları bildiriblər.

Qeyd edək ki, bir neçə gün əvvəl respublika prokurorluğu tərəfindən Elşad Abdullayevin təhlükəsizliyinə rəsmən təminat verilsə də, bu barədə mətbuata açıqlama verən keçmiş rektorun vəkili bildirdi ki, prokurorluğun məlum açıqlaması yetərli deyil.

Redaksiyamıza daxil olan məlumatlardan isə aydın olur ki, Elşad Abdullayev həyatının təhlükə altında olması barədə informasiyalar alıb və bu barədə Azərbaycanın müvafiq dövlət qurumlarını məlumatlandırıb. Mənbənin söylədikləri: В«Keçmiş rektor bir daha təhlükəsizliyinə təminat istəməklə yanaşı, bildirib ki, onun belə bir məqamda Azərbaycana gəlməsi qeyri-mümkündür. Çünki Bakıdakı müəyyən qüvvələr ona qarşı plan hazırlayıblarВ».

Bir başqa qaynaqlar isə Elşad Abdullayevlə bağlı Rusiyanın xüsusi xidmət orqanlarının da hərəkətə keçməsi barədə xəbərlər yayıblar.

Geri qayıt