Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISI QUBALILARIN BAŞINI ALMA İLƏ QATIR

İCRA BAŞÇISI QUBALILARIN BAŞINI ALMA İLƏ QATIR


8-10-2012, 18:28
İCRA BAŞÇISI QUBALILARIN BAŞINI ALMA İLƏ QATIR
DİA.AZ: - Göyçay rayonuna rəhbərlik edərkən В«Nar bayramıВ» kimi başqatıcı tədbirilə yadda qalan Mübariz Ağayev 1 mart hadisələrinin ardından Mingəçevirdən Qubanın icra başçısı postuna transfer olunduqdan sonra bu rayon sakinlərinin başını qatacağı haqda öhdəlik götürmüşdü. Bu gün isə aydın olur ki, daha çox pafoslu davranışları ilə, sözləri ilə diqqətə gələn Mübariz Ağayevin bəlli peşəkarlığını dəyərləndirən hakimiyyət Quba kimi çətin bir rayonu ona həvalə etməkdə heç də yanılmayıb.

Artıq qubalılar toy-bayram içindədirlər. Göyçaya В«Nar bayramıВ» gətirən Mübariz Ağayev Mingəçevirə uycun yeni bir bayram icad edə bilməsə də, Qubada işi rast gətirib. Tarixən öz alması ilə məhşur olan Qubanın yerli sakinləri üçün В«Alma bayramıВ» əməlli-başlı əyləncədir.

Qubadakı DİA.AZ əməkdaşının verdiyi məlumata görə, bu gün Qubada В«Alma bayramıВ» keçirilib. Əməkdaşımız bildirir ki, tədbirə xeyli nüfuzlu qonaqlar, səfirlik nümayəndələri, qonşu rayonların başçıları da qatılıb. Bir sözlə, bir neçə ay əvvəl Rauf Həbibovu devirən qubalılar kef edirlər.

Onu da bildirək ki, icra başçısı qubalılar üçün “Alma bayramı” təşkil etsə də, bir məsələni nədənsə unudur: Bu gün Quba sakinləri bağlarındakı almanı sata bilmirlər. Hətta 20 kiloqramlıq alma yaşiyinin 2 manata belə alıcısı tapılmır. Yəni almanı ortaya qoyub, onun başına fırlanmaqdansa, onun satışının təşkilinə dəstək olmaq xalq üçün daha faydalı olardı...

Geri qayıt