Əsas Səhifə > Güney Press / Manşet > MASALLININ İCRA BAŞÇISI DA POSTUNU İTİRMƏLİ OLACAQ

MASALLININ İCRA BAŞÇISI DA POSTUNU İTİRMƏLİ OLACAQ


8-10-2012, 16:31
MASALLININ İCRA BAŞÇISI DA POSTUNU İTİRMƏLİ OLACAQ
RAFİL HÜSEYNOV RAMİZ MEHDİYEVƏ GÖRƏ В«VURULURВ»

DİA.AZ: - Hakimiyyət daxilində Ramiz Mehdiyevin adamlarının В«vurulmasıВ» prosesinə start verilib. DİA.AZ-ın əldə etdiyi məlumatlara görə, Prezident Administrasiyası rəhbərinə yaxın hesab olunan Ağdaşın prokuroru Mirələkbər Seyidovun adından növbəti qurban Masallının yenicə vəzifəyə təyin edilmiş icra başçısı Rafil Hüseynovdur.

Burada isə belə bir nəticə hasil olur ki, Mehdiyevə qarşı hərəkətlənmə əyalətdən start götürüb. Bildirək ki, bir zamanlar Prezident Administrasiyasında Ağcabədi rayonu üzrə kurator işləyən Rafil Hüseynov Ramiz Mehdiyevin arzusu ilə Masallıya göndərilib və onun məhz hakimiyyət içindəki antimehdiyevçi qruplaşma tərəfindən hədəfə alındığı da söylənilir.

Geri qayıt