Əsas Səhifə > Güney Press / Manşet > AĞDAŞIN ÇIXARILAN PROKURORU İLƏ BAĞLI ŞOK XƏBƏR
AĞDAŞIN ÇIXARILAN PROKURORU İLƏ BAĞLI ŞOK XƏBƏR8-10-2012, 13:15 |
![]() SEYİDOVUN BİR İLİ TAMAM OLMAMIŞDI DİA.AZ: - Məlum olduğu kimi, Ağdaş rayonunun prokuroru işdən çıxarılıb. Verilən rəsmi xəbərə görə, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Ağdaş rayon prokuroru Mirələkbər Seyidov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Onun sərəncamda olduğu da bildirilir. Amma bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Mirələkbər Seyidov töhmətlə işdən çıxarılıb və buna səbəb onun işində yol verdiyi ciddi nöqsanlardır. Məlumatı verən qaynaq iddia edir ki, Mirələkbər Seyidov vəzifəsinə keçən ilin dekabr ayında təyin edilmişdi: “Yəni bu adamın heç bir ili də tamam olmayıb. Onu töhmətlə işindən uzaqlaşdırıblar”. Mənbəmiz bu arada bir məlumatı da verdi ki, Seyidov Prezident Administrasiyasının rəhbərliyinə yaxın bir şəxs olub: “Buna görə də, məlum videoqalmaqaldan sonra Ağdaşın prokurorunu ilk qurban hesab etmək olar”. Geri qayıt |