Əsas Səhifə > Güney Press / Manşet > "BİNƏ" TİCARƏT MƏRKƏZİNDƏ KİMİN GÖZÜ VAR?
"BİNƏ" TİCARƏT MƏRKƏZİNDƏ KİMİN GÖZÜ VAR?5-10-2012, 16:32 |
![]() DİA.AZ: - Bu ilin sentyabr ayının 16-da Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən "Araz Avia" (Binə) Ticarət Mərkəzində dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verdi. Xatırladaq ki, “Binə”də baş verən məlum olay ilki deyildi və buna qədər də sözügedən TM-də insident yaşanmışdı və insident nəticəsində iki nəfər hətta xəasrət də almışdı. Təsadüfi deyil ki, həm bu olay və həm də zəhərlənmə hadisəsi əslində “Binə” TM-nin sahibəsi Kəbirə Məmmədovaqa təzyiqlər kimi dəyərləndirildi. Qeyd edək ki, zəhərlənmə ilə bağlı ilkin araşdırmalarla müəyyən edilib ki, həmin tarixdə səhər saatlarında ticarət mərkəzində elektrik enerjisinin dayandırılması səbəbindən bəzi mağaza sahibləri tərəfindən obyektlərin enerji təmini məqsədilə istifadələrində olan generator qurğuları işə salınıb. Hadisə nəticəsində ölüm faktı qeydə alınmayıb. Yəni məsələ generatorlarla əlaqələndirilib və burada hər hansı təxribatın olduğu istisna edilib. Elə fakta görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin edilməsindən də bu aşkar şəkildə duyulmaqdadır. Yəni mətbuatda yer alan “zəhərlənmə təşkil edilib” ideyası ilk gündən təkzib olunub. Onu da qeyd edək ki, bu barədə bu günlərdə Zakir Qaralov da açıqlama verdi. “"Binə" Ticarət Mərkəzində ötən ay elektrik təminatının pozulması nəticəsində baş vermiş zəhərlənməyə səbəb ticarət obyektində 45 generatorun işləməsi və havalandırma sisteminin olmamasıdır”. Baş prokurur Zakir Qaralov "Binə" Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar açılmış cinayət işinin istintaqı ilə bağlı danışarkən demişdi. Yəni göründüyü kimi baş prokuror da istintaqla eyni qənaəti ortaya qoyaraq məsələnin generatorlarla bağlı olduğunu söyləyir və zəhərlənmənin də generatorların işləməsi nəticəsində ortaya çıxan dəm qazı nəticəsində baş verdiyini bildirir. Hər halda, inandırıcı deyil ki, 164 nəfər məhz generatorların işləməsi nəticəsində zəhərlənsin. Elə DİA.AZ-a daxil olan informasiyalar da bir daha təsdiqləyir ki, В«BinəВ» Ticarət mərkəzində əslində təxribat baş verib. Bu barədə danışan məlumatlı qaynağın sözlərindən belə aydın olur ki, Kəbirə Məmmədovanın obyektinin ələ keçirilməsi yönündə iş başlayıb: В«Bu gün Kəbirə Məmmədovanın obyekti rəsmən onun adınadır və məsələ də ticarət mərkəzinin rəsmən əl dəyişdirməsindən gedirВ». Mənbəmiz onu da bildirdi ki, 16 sentyabr tarixində və həm də digər vaxtlarda baş verən insidentlər isə məhz Kəbirə Məmmədovanı hədəfə alan qüvvələrin işidir: В«Bu gün В«SədərəkВ» Ticarət Mərkəzinin kimə məxsus olması, Yusif Qədimovun simvolik şəkildə bu TM-ni idarə etməsi hər kəsə məlumdur. İndii də Kəbirə Məmmədovanı faizə oturdub, obyektini əlindən almaq istəyirlərВ». Geri qayıt |