Əsas Səhifə > Güney Press / Manşet > QARDAŞI QARDAŞA DÖYDÜRƏN MÜBHƏM MARAQLAR
QARDAŞI QARDAŞA DÖYDÜRƏN MÜBHƏM MARAQLAR5-10-2012, 15:22 |
![]() DİA.AZ: - Bu gün Azərbaycanda bir çox haqqlar pozulur. Yəni tək pozulanı hicablanma, orta məktəblərdə yaşmaqlanma haqqı deyil. Və bu gün Təhsil Nazirliyinin qarşısındakı aksiyaya nəzər yetirdikdə bir daha əmin olmaq olar ki, insanlarımız hətta mübarizələrində belə kor-koranədirlər. Aşağıda təqdim etdiyimiz videfaktdan da görmək olar ki, aksiya iştirakçıları polislə əməlli-başlı döyüşürlər. Bu vaxta qədər siyasi müxalifətin heç bir aksiyası bu şəkildə döyüşə tədarüklü olmayıb. Döyüş olub, amma planlaşdırılmamış şəkildə. Amma bu aksiyada konkret plan var idi… Doğrudur, polis yenə də aksiya iştirakçılarını üstələdi. Bunu elə aksiyaya qatılanlar da bilirdilər. Əks halda, yəni aksiyalarının nəticəli olacağını, qalib gələn tərəfin onlar olacağını düşünsəydilər, o zaman aksiya yerini təhsil nazirliyi yox, Prezident Administrasiyasıi ilə əvəzləyərdilər… Amma belə davam edərsə, bu da olacaq. Günbəgün məhdudlaşdırılan yaşama haqqını itirdikləri zaman susanlar, hansısa kənar qüvvələrin təhriki ilə hətta hakimiyyəti dəyişməyə belə qalxacaqlar. Çünki ortada real maraq var. Onlar nəyin uğrunda mübarizə apardıqlarının tam fərqindədirlər. Təbii ki, siyasi müxalifətdən fərqli olaraq… Bu videokadrları izləyərkən hakimiyyətin siyasi müxalifətin ətəyində namaz qılmalı olduğunu düşünməmək də olmur. Əslində bugünkü aksiya və buna qədər İranın Azərbaycanda əzələ nümayiş etdirməsi tək hakimiyyət üçün yox, bütünlükdə olaraq millətini, dövlətini sevənlər üçün, elə bu siyasi müxalifətin özü üçün siqnal rolunu oynamalıdır. Çünki onların hədəfi heç də orta məktəblərdə hicaba icazə deyil. Hicabı bu şəkildə müdafiə etmirlər. Hətta neçə il xilafət dövrünü yaşamış türkiyəli qardaşlarımızın belə bu şəkildə etirazları olmayıb. Deməli, məsələ tamam başqadır və söhbət yenə də İranın Azərbaycanda əzələ nümayişinin üstünə gəlir… Özü də Əhmədinejadın Bakı səfərinin öncəsi. Təbii ki, biz polisin aksiya iştirakçılarına qarşı zorakılığını pisləyirik. Amma bir məsələ də var. Hansı aksiyada polis iştirakçıların başını sığallamışdı? Yəni məsələ bunda deyil. Məsələ məhz keçirilən aksiyanın arxasında dayanıb qardaşı qardaşa döydürən maraqların mahiyyətindədir. DİA.AZ - Analitik Qrup AMANSIZ SAVAŞIN VİDEOSUNU BURA TIKLA VƏ İZLƏ Geri qayıt |