Əsas Səhifə > Güney Press / Manşet > MƏDƏT QULİYEVİN TÜRMƏSİNDƏ ÖZBAŞINALIQ
MƏDƏT QULİYEVİN TÜRMƏSİNDƏ ÖZBAŞINALIQ5-10-2012, 14:51 |
![]() “BURJU-KAMERA”DA QALMAQ NEÇƏYƏDİR? DİA.AZ: - Qobustan Qapalıt Tipli Həbsxanada özbaşınalıqların baş alıb getdiyi barədə dəfələrlə məlumat vermişik. Amma görünən odur ki, Mədət Quliyevin başçılıq etdiyi Penitensiar Xidmətin bu cəzaçəkmə müəssisəsində yazılanların və edilən şikayətlərin heç bir əhəmiyyəti yoxdur. Əks təqdirdə, tamam başqa bir mənzərə yarana bilərdi. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Qobustan həbsxanasının rəisi Şahin Osmanov və müavini Qasım Səfərəliyev özləri üçün xüsusi preskurant müəyyənləşdiriblər. Belə ki, kameralar üzrə qiymətlərdən ibarət olan bu rəqəmlər imkanlı dustaqlar üçün nəzərdə tutulub. Məlumatda deyilir ki, sözügedən həbsxanada aylıq 4-5 yüz manata kameralar var. В«Burju-xataВ» kimi ad çıxarmış həmin kameraların sayı xeyli çoxdur. Məsələn, 96-97-98-121-122-123-124-125-127-134-143-144-151-153-161-163--165-184-203-205 saylı kameralar bu qəbildən olandır. Həmin kameralarda bütün şərait yaradılıb. Orada televizor, soyuducu, normal şəraitli hamam və sair var. Digərlərində isə qızınmaq üçün adicə elektrik sobası belə mövcud deyil. Qışda qızınmaq istəyən məhbuslar isə hər kamera üçün 50 manat ödəməlidirlər. Əks təqdirdə, soyuqdan ölmələri belə həbsxana rəisi üçün maraqlı deyil. Məlumatda vurğulanır ki, rəis və müavininin təyin etdiyi pulları yığmaq işi rejim üzrə rəis müavini İsfəndiyar Əliyevə tapşırılıb. Onun qaydaları isə belədir ki, hər bir məhbus pul verməlidir. Əks təqdirdə, həmin məhbusu ciddi cəzalar və məşəqqət gözləyir. Ümid edirik ki, general Mədət Quliyev günlərin birində Qobustan Qapatı Tipli Həbsxananın yoxlanışını həyata keçirib, bu birabırçılığa son qoyacaq. Geri qayıt |