Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCANDA LENİNİN HEYKƏLİ VAR, AMMA…

AZƏRBAYCANDA LENİNİN HEYKƏLİ VAR, AMMA…


5-10-2012, 14:35
AZƏRBAYCANDA LENİNİN HEYKƏLİ VAR, AMMA…
RƏSULZADƏNİN HEYKƏLİ GÖTÜRÜLÜR

DİA.AZ: - Bu yaxınlarda Sabirabad rayon icra hakimiyyətinin qarşısında ucaldılmış Məhəmməd Əmin Rəsulzadənin abidəsi götürüldü. Bildirək ki, həmin ərəfədə yerli icra strukturları mətbuata açıqlamalarında heykəlin götürülməsini maraqlı bir şəkildə izahladılar. Rəsmi izahata görə, əslində həmin heykəl əvvəllər kommunist lideri Leninə aid olub və sonradan AXC iqtidarı zamanı dəyişdirilərək Rəsulzadənin heykəlinə dönüşdürülüb.

Ümumiyyətlə, Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə adına rəsmi dairələrdə bir qıcığın olması faktdır. Və bu səbəbdən Sabirabaddakı abidənin götürülməsi ilə bağlı verilən izahatın daha çox bəhanə olduğunu ayırd etmək o qədər də çətin deyil.

DİA.AZ bildirir ki, amma Rəsulzadədən fərqli olaraq bu ölkədə digərlərinin, hətta köhnə sovet ideologiyasını tərənnüm edən şəxslərin şəninə ucaldılan abidələr toxunulmaz olaraq qalır. Məsələn, Füzuli rayonunda hələ də Vladimir İliç Leninin abidəsi var və bu abidə rayonun Böyük Bəhmənli kəndi ərazisində yerləşir.

Bildirək ki, həmin kənd bir həftə erməni işğalı altında qalıb və işğal zamanı ermənilər kənd qəbirstanlığına böyük zərər vurmuşdular. Amma Lenin heykəli bu odlu-alovlu müharibə dövründə belə, toxunulmaz olaraq qaldı. Və indi yerli rəhbərliyi də Leninin abidəsi heç narahat etmir.

Əslində gözləniləndir də. Çünki bu gün işi-gücü daha çox haqq toplamaq olan icra başçısı Alı Alıyev bəlkə də Leninin abidəsinin götürülüb-götürülməməli olması barədə də dəqiq təəssürata malik deyil. Çünki adam tamam fərqli mahiyyətdədir. Amma ondan fərqli olaraq Sabirabada yaxşı bilirlər ki, Məhəmməd Əmin Rəsulzadənin abidəsini götürmək lazımdır.

Geri qayıt