Əsas Səhifə > Güney Press / Manşet > RÖVNƏQ ABDULLAYEV MÖVQELƏRİNİ MÖHKƏMLƏDİR

RÖVNƏQ ABDULLAYEV MÖVQELƏRİNİ MÖHKƏMLƏDİR


4-10-2012, 17:30
RÖVNƏQ ABDULLAYEV MÖVQELƏRİNİ MÖHKƏMLƏDİR
ARDNŞ ŞEFİNƏ TELEKANAL İZNİ VERİLİB

DİA.AZ: - Çoxdandır telekanal açmaq həvəsinə düşən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev nəhayət ki, buzları əridə bilib. DİA.AZ-a mötəbər mənbələrin verdiyi xəbərə görə, ARDNŞ şefi çox məsuliyyətli bir işin altına girir.

Xatırladaq ki, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli hələ də yeni telekanalların açılması yönündə işlərin aparıldığını bildirmişdi. Mənbəmiz vurğulayır ki, MTRŞ-dən gələn açıqlamada çox güman Rövnəq Abdullayevin maliyyəsi ilə açılacaq telekanal nəzərdə tutulub: В«Neft Şirkətinin prezidenti sırf xəbər kanalı açacaq. Bu yöndə iş gedir. Məlumdur ki, В«AntennFMВ» də bu gün ARDNŞ şefinə məxsusdur. Bundan əlavə, Rövnəq Abdullayevin bir regional kanalı da var. Keçən müddətdə ona ümumrespublika əhəmiyyətli telekanalın açılışına icazə verilməmişdi. İndi isə belə bir izni almağa müvəffəq olubВ».

Onu da bildirək ki, bu gün telekanala sahiblənmək oliqarx-məmurlar üçün əlavə divident hesab olunur və hər kəs bu sektora buraxılmır. Rövnəq Abdullayevin isə belə bir məsələdə icazə ala bilməsi onun mövqelərinin daha da möhkəmlənməsindən xəbər verir.

Qeyd edək ki, keçən ilin əvvəlindən В«ZQANВ» Holdinqin Driektorlar Şurasının sədri Anar Məmmədov media sektorunda möhkəmlənəcəyini bildirsə də, sonradan sözügedən holdinqin hətta divar qəzeti belə açmadığı aydın oldu. Bunu şərh edən ekspertlər isə bildirdilər ki, nəqliyyat naziri Ziya Məmmədovunun oğlunun arzusunun ürəyində qalması NN şefinin mediaya buraxılmaması ilə bağlıdır.

Geri qayıt