Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇILARI NARAHATÇILIQ İÇİNDƏDİRLƏR
İCRA BAŞÇILARI NARAHATÇILIQ İÇİNDƏDİRLƏR4-10-2012, 16:46 |
![]() RAMİZ MEHDİYEVİN ADAMLARI ÇEMODAN ƏHVALINDA DİA.AZ: - Bu arada redaksiyamıza ilginc bir məlumat daxil olub. Nazirlər Kabinetindəki mötəbər mənbələrdəni DİA.AZ-a ötürülən informasiyada deyilir ki, hakimiyyət dəhlizlərində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən alınacağı ilə bağlı məlumatlar yayılıb. Vəziyyət hətta o həddə çatıb ki, Mehdiyevin çıxarıldığı xəbəri də yayılıb və bununla bağlı ayrı-ayrı rayonlardan Prezident Administrasiyasına durmadan zənglər edilməkdədir. Xatırladaq ki, son günlərin olaylarında əsas hədəflərdən biri kimi diqqətə gələn Ramiz Mehdiyevin prezident seçkilərinə qədər vəzifəsindən alınacağı söylənilir. Hətta bəzi mətbu orqanlar onun həbs oluna biləcəyini də vurğulayırlar. Bu kimi xəbərlərdə qeyd olunur ki, bir zamanlar Mehdiyev rəqiblərini (Əli İnsanovla Fərhad Əliyev nəzərdə tutulur -red.) türməyə yollayırdı, indi ona məhbəs yolu görünməkdədir. Mənbəmiz əlavə olaraq onu da bildirib ki, məlum xəbərlərdən daha çox narahatçılıq və əndişə keçirəni Mehdiyevə yaxın olan rayon rəhbərləridir: В«Onlar yaxşı bilirlər ki, Ramiz Mehdiyev gedərsə, durumları çox acınacaqlı ola bilərВ». Geri qayıt |