Əsas Səhifə > Güney Press / Manşet > FHN ŞEFİNİN ŞİRKƏTİ QANUNLARI SAYA SALMIR
FHN ŞEFİNİN ŞİRKƏTİ QANUNLARI SAYA SALMIR4-10-2012, 13:59 |
![]() “Gilan” MMC investisiya öhdəliklərini yerinə yetirməyib Böyük və çoxprofilli “Gilan” MMC Bakı Evtikmə kombinatı в„–2 bazasında yaradılan “Bakı İnşaat-2” ASC-nin modernləşdirilməsi üzrə investisiya öhdəliklərini yerinə yetirməyib. Şirkətdə bunu 2008-2009-cu illərin böhranı ilə bağlayırlar. Dərnəgül qəsbəsində yerləşən ETK-nın səhmlərinin 96,97%-nin (o cümlədən əmək kollektivi üzvləri arasında güzəştlə satılan 15% səhmin 11,97% qalığının) satışı üzrə müsabiqə 1 avqust 2008-ci ildə keçirilib. Qanunun tələblərinə zidd olaraq, ƏMDK müsabiqəinin nəticələrini elan etməyib. İddiaçılardan dövlət büdcəsinə 4, 5 mln manat köçürmək, ƏMDK-yə 50 000 özəlləşdirmə çeki təqdim etmək təklifi tələb edilirdi. İnvestor 90 günə 231,5 min manat əmək haqqı borcunu ödəməli idi. Sonradan Turan müəyyən edib ki, səhmlər “Gilan” MMC-yə satılıb. “Gilan” şirkətində Turan-a deyiblər ki, yaranan problemlərlə bağlı investisiya öhdəliklərinin yerinə yetirilmə vaxtı 1,5-dən 2,5 ilə artırılıb. Əmək kollektivinin üzvləri bu qərardan razı qalmayıb, məhkəməyə müraciət edib və uduzublar. Dövlət büdcəsinə öhdəlik (5 mln manat) hissələrlə, əmək haqqı borcu tam ödənilib. Şirkətdə deyiblər ki, müəssisədə yeni beton zavodu tikiləcək. Zəruri avadanlıqlar alınıb və quraşdırılacaq. * “Bakı İnşaat-2” ASC-nin nizamnamə kapitalı 5 062,5 min manatdır. ETK в„–2 1960-cı ildə istismara verilib. ASC 6,32 ha sahəni tutur. Müəssisədə 377 işçi var. Əmək kollektivinin 521 üzvündən 340-ı abunə yazılıb. Onların hərəsindən 72,25 özəlləşmə payı (1 pay 4 çekdir) tələb edilirdi. Cəmi 30 404 çek təqdim edilib. Onlar 379 692 səhmdən 76 597-i (3,03%) alıblar. Bir səhmin nominal qiyməti 2 manatdır. Geri qayıt |