Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISINDAN ÇOXGEDİŞLİ KOMBİNASİYA

İCRA BAŞÇISINDAN ÇOXGEDİŞLİ KOMBİNASİYA


4-10-2012, 13:27
İCRA BAŞÇISINDAN ÇOXGEDİŞLİ KOMBİNASİYA
İLQAR ƏLİYEVİN ADI BAZAR QALMAQALINDA NİYƏ HALLANDIRILIR?

DİA.AZ: - Bir neçə gün əvvəl Xırdalan şəhərində əhalinin fərdi şəkildə kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olması qadağan edilməsi haqda xəbər yayıldı və verilən xəbərlərdən belə aydın oldu ki, qərar özbaşına çıxarılıb. Çünki heş bir rəsmi qurum bu məsələ ilə əlaqədar olduğunu etiraf etmədi.

Qeyd edək ki, artıq bir neçə gündə şəhərin küçə və məhəllələrindəki 100-dən artıq mağaza bağlanıb. Satıcıların verdiyi məlumata görə, onlardan öz dükanlarını bağlaması və Xırdalanın mərkəzi ərazisində yerləşən bazarda ticarətlə məşğul olması tələb olunur. Göstərişin kimdən gəldiyi isə məlum deyil: “Bir neçə nəfərdi. Elə deyirlər gedin bazarda alver edin. Bir-bir dükanlara girib mağazaları bağlamağı tələb edirlər. “Sizin əlinizdən bazar yaxşı işləmir” deyirlər”.

Narazı satıcılar kimə müraciət edəcəklərini də bilmirlər. “Nə özlərini təqdim edirlər, nə də göstərişin kimdən gəldiyini deyirlər. Bilsək ki, bu qərarı kim verib—gedib sözümüzü deyərik. Bazarda yığacaqları pulu burda verməyə də razıyıq. İndi hansı əsrdir ki, zorla dükanlarımızı bağlayırlar. Birtəhər ailəmizi dolandırırıq. Bazarda bizdən ucuz satmırlar ki, axı camaat da bazara getsin. Elə məhəllədəcə alırlar. Bir şüyüd almaqdan ötrü müştəri bazara getməlidir? Çörəkpulu qazanmağa da imkan vermirlər”.

Xatırladaq ki, buna qədər də oxşar proseslər davam edirdi və bu yaxınlarda 100-ə yaxın ticarət obyektinin sökülməsi haqda məlumat da verilmişdi. Məlumatda deyilirdi ki, özbaşınalıq o həddə çatıb ki, hətta ticarət obyektləri sökülür, əvəzində isə sahibkarlara heç bir kompensasiya verilmir:

Bildirək ki, obyektləri “plana düşən” sahibkarlar söküntüdə Xırdalan bazarının sahibi Gülnarə Sadıqovanı ittiham ediblər. Sahibkarların bildirdiyinə görə, Sadıqova bazarın yerində yüksək mərtəbəli bina tikiləcəyini iddia edir və sahibkarlara kompensasiya vermədən obyektləri sökdürür.

Onu da bildirək ki, Sadıqovanın həyat yoldaşı Nizami Məmmədov isə bu ittihamlara cavab olaraq açıqlamasında onlara ünvanlanan ittihamların əsassız olduğunu bildirmişdi:

"Bazarı biz yox, rayon icra hakimiyyətinin nümayəndəsi sökür. Həmin ərazidə mənə aid olan 3 obyekt də qeyri-qanuni şəkildə sökülüb. Sahibkarlar isə sökülən obyektlərin kompensasiyasını bizdən tələb edir. Mən onlara kompensasiya verə bilmərəm. Çünki bu məsələ mənlik deyil, bu məsələni icra hakimiyyətinin şəhər üzrə nümayəndəsi ilə həll etmək lazımdır".

Onu da xatırladaq ki, narazı sahibkarlar bir dəfə Bakı-Sumqayıt yolunu bağlayıblar, Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər. Amma problem hələ də qalmaqdadır.

Bununla bağlı yayılan xəbərlərdən aydın olurdu ki, əslində Xırdalandakı obyektlərin sökülməsinin arxasında mərhum Aqil Əliyevin oğlu İlqar Əliyev dayanır və onun həmin ərazidə böyük ticarət mərkəzi inşa etmək niyyətinin olduğu söylənilir.

Amma bu barədə DİA.AZ-a məlumat verən qaynaq maraqlı bir iddia səsləndirdi ki, əslində İlqar Əliyevin adının bu işdə hallandırılması məqsədlidir: В«Təbii ki, sahibkarlar haqlıdır və onlara ən azından təzminat verilməlidir. Amma bu işdə əsas maraqlı fiqur icra başçısı Zakir Fərəcovdur ki, o da bütün fəaliyyətini İlqar Əliyevin adı altında pərdələməyə çalışır ki, hədəfə çevrilməsinВ».

Mənbəmizin sözlərinə görə, artıq bu məsələdən xəbər tutan İlqar Əliyev hətta Abşeronun icra başçısına söz də yollayıb ki, onun adını buk imi qalmaqallı məsələlərə qatmasın.

Geri qayıt