Əsas Səhifə > Güney Press / Manşet > SƏN DEMƏ, ƏLİ HƏSƏNOV DA GİZLİ ÇƏKİLİŞ APARIR
SƏN DEMƏ, ƏLİ HƏSƏNOV DA GİZLİ ÇƏKİLİŞ APARIR3-10-2012, 15:26 |
![]() REDAKSİYALAR PA-NIN ŞÖBƏ MÜDİRİNƏ ETİRAZ EDİRLƏR DİA.AZ: - Redaksiyamıza daha bir maraqlı məlumat daxil olub. Mətbuatdakı həmkarlarımızdan birinin bildirdiyinə görə, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova məxsus mətbuat şəbəkəsinə aid olan В«KaspiВ» mətbuat yayımının В«AzərbaycanВ» Dövlət Nəşriyyatındakı gecə saatlarında fəaliyyət göstərən qəzet-jurnal bazarında (redaksiyalar həmin yeri В«QJВ» adlandırır -red.) zəbt etdiyi ərazidə videokameralar quraşdırılıb. Bu barədə narahatçılığını ifadə edən mətbuat yayımı işçilərindən biri isə DİA.AZ-a bildirir ki, həmin kameralar qəzetlərin çeşidləndiyi hissəni nəzarət altında saxlayır: В«Dəfələrlə bununla bağlı iradlarımızı bildirmişdik ki, biz bu şəkildə çəkilməyimizi, kiminsə tərəfində videolentə alınmağımızı istəmirik. Hər halda, yeni qanunlar da tələb edir ki, vətəndaşın icazəsi olmadan onun səsinin yazılması, görüntüsünün lentə köçürülməsi qadağandır. Amma buna baxmayaraq, Əli Həsənovun şirkəti hər kəsi çəkirВ». Heç bir gizli işlərinin olmadıqlarını və yalnız öz işlərini gördüklərini, yəni qəzetlərini В«AzərmətbuatyayımıВ» və В«KaspiВ» firmalarının (hər ikisi eyni ərazidə yerləşir -red) işçilərinə təhvil verdiklərini bildirən mətbuat yayımı işçisi onu da söylədi ki, hüquqşünaslarla məsləhətləşib, bu məsələ iləç əlaqədar müvafiq qurumlara şikayət etməyə də hazırlaşır. Geri qayıt |