Əsas Səhifə > Güney Press / Manşet > GÜLƏR ƏHMƏDOVAYA AĞLAGƏLMƏZ MÜDAFİƏ

GÜLƏR ƏHMƏDOVAYA AĞLAGƏLMƏZ MÜDAFİƏ


3-10-2012, 12:26
GÜLƏR ƏHMƏDOVAYA AĞLAGƏLMƏZ MÜDAFİƏ
İSGƏNDƏR HƏMİDOV: В«GÜLƏR ƏHMƏDOVANI QURBAN KİMİ SEÇİBLƏRВ»

DİA.AZ: - Son günlərin əsas olayına - ABU-nun keçmiş rektoru Elşad Abdullayevin gizli videoçəkilişi yaymasının ardından baş verənlərə keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidov tamam başqa prizmadan yanaşır. DİA.AZ-a açıqlamasında sabiq DİN şefi bildirdi ki, bu məsələdə oyun oynanılır və konkret maraq toqquşmasıdır, hazırda açıq hədəf kimi görünən deputat Gülər Əhmədovanı isə kimlərsə qurbanlıq kimi seçiblər:

В«Mən hansısa qadın haqqında pis danışmaq istəmirəm, çünki qadın qadındır və biz də türk əxlaqında olan adamlar qadın haqqında mənfiliyə heç nə danışmarıq. Əgər Gülər Əhmədovanı korrupsiyada ittiham edirlərsə, bu adamlar ilk növbədə güzgüyə baxmalıdırlar, çünki baş korrupsioner onların özləridir. Görün kimlər Gülər Əhmədova haqqında danışır? Bütün bunlar da pul davasıdır, böyük pullar uğrunda davadır və burada Gülər Əhmədovanı qurban kimi seiblər.

Prezident seçkisiki qabağı bu kimi hadisələr törətməklə korrupsiyaya qarşı mübarizə görüntüsü yaratmağa çalışırlar. Bununla da daha böyük korrupsionerləri gizlədirlər. Nədən oliqarx-məmurlara qarşı mübarizə aparmırlar? Nədən soruşmurlar ki, onlar bahalı villalarını, bahalı həyatlarını hansı pulun hesabına təmin ediblər?В»

Geri qayıt