Əsas Səhifə > Güney Press / Manşet > MƏMURLAR ÜÇÜN DAHA BİR QARA XƏBƏR GƏLDİ
MƏMURLAR ÜÇÜN DAHA BİR QARA XƏBƏR GƏLDİ2-10-2012, 15:52 |
![]() ABU-NUN DİPLOMLARI LƏĞV EDİLƏ BİLƏR DİA.AZ: - Məmurlar üçün daha bir qara xəbər gəlib. Redaksiyamıza mötəbər mənbələrdən daxil olan informasiyadan aydın olur ki, Elşad Abdullayevə qarşı dayanan cinahdan В«Beynəlxalq Universitetin verdiyi diplomlar ləğv edilməli, yenidən attestasiyadan keçirilməlidirВ» şəklində bir təklif gəlib. Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, Elşad Abdullayevin rəhbərlik etdiyi ABU-ya qarşı etimadsızlığın yaradılması məqsədilə belə bir ideya ortaya atılıb: В«Amma bu ideyanın yürüməsi qeyri-mümkündür və inandırıcı görünmür. Çünki bu gün ABU-nun məzunu olaraq vəzifə başında işləyən, ABU-nun diplomu ilə mənsəb sahibi olan onlarla məmur var. Və hətta nazir müavinlərindən biri də ABU-nun diplomu ilə vəzifə başındadırВ». İndi belə çıxır ki, həmin məmurların diplomları şübhəyə alındıqdan sonra, onlar təhsil nazirliyi tərəfindən yenidən attestasiyadan keçməlidirlər? Bu suala cavab verən mənbəmiz də eyni qənaəti təsdiqləməklə yanaşı, bildirdi ki, hələlik ideya ortaya atılıb: В«Amma ideyanın özünün ortaya atılması belə indidən çoxlarının kürkünə birə salıbВ». Geri qayıt |