Əsas Səhifə > Güney Press / Manşet > TAĞI ƏHMƏDOVU YERİNDƏN TƏRPƏDİRLƏR

TAĞI ƏHMƏDOVU YERİNDƏN TƏRPƏDİRLƏR


2-10-2012, 14:13
TAĞI ƏHMƏDOVU YERİNDƏN TƏRPƏDİRLƏR
ZİYA MƏMMƏDOV BAŞ METROÇUNU GƏLƏN İL YOLA SALACAQ

DİA.AZ: - Neçə müddətdir ki, nəqliyyat naziri Ziya Məmmədovun Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla baş etmədiyi söylənilir. Bildirək ki, bu barədə dövrü mətbuatda da yetərincə yazılıb və hətta ayrı-ayrı dövlət qurumlarını saya salmadığı məlum olan baş metroçunun dəfələrlə işıqpulu ödəmədiyi və digər dövlət tələblərini yerinə yetirmədiyi məlum olub.

Onun NN şefi Ziya Məmmədovla münasibətlərinə gəlincə isə, bu məsələdə də tabeçiliyə uymama, subardinasiyaya əməl etməmə mühüm rol oynayıb. Belə ki, dəfələrlə nazirlə bağlı məsələlərdə ona yox, birbaşa prezidentə tabe olduğunu hiss etdirən Tağı Əhmədovun buk imi davranışlarının Ziya Məmmədovda qəzəb yaratdığı da məlumdur.

Bununla əlaqədar DİA.AZ-a daxil olan informasiyalarda deyilir ki, prezident seçkiləri öncəsi bir sıra kadr islahatlarını həyata keçirməyə hazırlaşan rəsmi Bakının hədəflərindən biri də Bakı Metropolitenin rəisi Tağı Əhmədov ola bilər. Belə ki, gələn il 65 yaşını tamamlayan Tağı Əhmədovun məhz yaş senzi ilə əlaqədar işdən alınması planlaşdırılır - deyən bilgili qaynaq onu da əlavə etdi ki, əslində bu işdə əsas maraqlı tərəf elə Ziya Məmmədovun özüdür.

Onu da bildirək ki, Ziya Məmmədov Tağı Əhmədovdan 4 yaş kiçikdir. Və aydın olur ki, yaşının kiçikliyinə arxayın olan nazir ipə-sapa yatmaz metro şefini bu məsələ ilə əlaqədar zərərsizləşdirməyi düşünür.

Mənbəmiz onu da bildirdi ki, Tağı Əhmədovun yola salınması ilə bağlı qərarın verilməsinə digər iqtidariçi qruplaşmalar da təsir göstərib. Çünki özünü türk millətçisi kimi tanıdan baş metroçu heç də saray məmurlarının hamısının ürəyindən xəbər vermir.

Geri qayıt