Əsas Səhifə > Güney Press / Manşet > İKİ İCRA BAŞÇISININ YOL SALINMA ƏMRİ HAZIRDIR
İKİ İCRA BAŞÇISININ YOL SALINMA ƏMRİ HAZIRDIR2-10-2012, 13:40 |
![]() KƏMALƏDDİN HEYDƏROV MEHDİYEVİN ADAMINI BİTİRİR DİA.AZ: - Hakimiyyət bu arada kadr islahatlarına tədarük görür. Bu ilginc xəbəri redaksiyamıza verən mənbənin sözlərindən belə aydın olur ki, islahatlar yenə də icra strukturlarını əhatə edəcək. Mənbənin DİA.AZ-a bildirdiyinə görə, Bakının Xətai rayonunun icra başçısı Razim Məmmədovun vəzifəsindən azad edilməsi an işidir. Xatırladaq ki, Razmi Məmmədov bir neçə ay əvvəl В«GENВ» MMC ilə bağlı yaranmış qalmaqal zamanı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun hədəfinə çevrilmişdi. Belə ki, sözügedən inşaat firmasının aldatdığı narazı sakinlərin razı salınması üçün prezident tərəfindən verilən göstərişə uyğun olaraq FHN onlara müəyyən həcmdə kompensasiya ödəməli oldu. Halbuki bu işdə Razim Məmmədovun da В«GENВ» MMC-nin sahibləri ilə ortaq hərəkət etməsi faktı mövcud idi. Və FHN şefinin israrlarına baxmayaraq, icra başçısı təzminat ödənişi prosesindən yaxasını kənarda tuta bilmişdi. Məlumatlara görə, neçə müddətdir ki, Kəmaləddin Heydərov da icra başçısından qisas alacağı günü gözləyir və son zamanlar iqtidar daxilində cərəyan edən olayların fonunda dəyişmiş iç münasibətlər şəraitində FHN şefi bu istəyinə çatmağa müvəffəq olub: В«Artıq Razim Məmmədov gediş ərəfəsindədir. Onunla bərabər В«toxunulmaz başçılardanВ» biri kimi diqqətə gələn Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin də vəzifəsindən alınacağı gözlənilirВ». Onu da bildirək ki, hər iki icra başçısının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən himayə olunduqları söylənilir. Geri qayıt |