Əsas Səhifə > Güney Press / Manşet > CAVİD QURBANOV ÖLKƏNİ TƏRK ETMƏYƏ HAZIRLAŞIR

CAVİD QURBANOV ÖLKƏNİ TƏRK ETMƏYƏ HAZIRLAŞIR


1-10-2012, 17:42
CAVİD QURBANOV ÖLKƏNİ TƏRK ETMƏYƏ HAZIRLAŞIR
ASC PREZİDENTİ MÜBARİZƏDƏN YORULUB

DİA.AZ: - В«Əgər Elşad Abdullayevlə bağlı qalmaqal baş verməsəydi, indi Cavid Qurbanov türmədə idiВ». Bu şok açıqlamanı Nazirlər Kabinetindəki bilgili qaynaq DİA.AZ-a verib. Mənbəmiz iddia edir ki, İranın xüsusi xidmət orqanları əlaqəsi şübhə doğurmayan Cavid Qurbanovun sürücüsü Mahir Lənkəranlı ilə bağlı baş verənlər bu həbsi daha da tezləşdirməkdə idi: В«Amma məlum videoqalmaqal ASC prezidentinin qanının arasına girdiВ».

Mənbəmiz bildirir ki, amma bütün bunlara baxmayaraq, Cavid Qurbanov heç də acınacaqlı durumdan çıxa bilməyib və bu imkansızdır da: В«Bu gün Cavid Qurbanov ayrı-ayrı deputatların dili ilə mətbu orqanlardhan imdad diləyir. Yəni ASC prezidenti istəmir ki, onun barəsində olan həqiqətlər ifşa olunsun. Amma bu halda belə, Cavid Qurbanovun qurtuluşu imkansızdırВ».

Məlumata görə, hazırda nəqliyyat naziri Ziya Məmmədovun da himayəsindən çıxan Cavid Qurbanov taleyin ümidinə buraxılmış vəziyyətdədir: В«Onun yaxın günlərdə Azərbaycanı tərk etməsi gözlənilir. Xarici səfər adı altında Cavid Qurbanov Avropa ölkələrinin birinə gedəcək və bir daha dönməyəcəkВ».

Mənbəmiz onu da əlavə etdi ki, artıq ASC prezidenti varidatının müəyyən hissəsini ölkədən çıxarmağa müvəffəq olub. Yəni indidən gediş prosesinə tədarük görülməkdədir.

Bir başqa qaynaq da bu xəbərimizi təsdiqləyib. Hətta deyilir ki, Cavid Qurbanov bir neçə gün əvvəl yaxınlarına "daha yorulmuşam" deyib. Onu da bildirək ki, son zamanlar rəqibləri ASC prezidentinə qarşı ciddi kampaniya həyatab keçiriblər və çox güman bu baş verənlər Qrubanovu taqətdən salıb.

Geri qayıt