Əsas Səhifə > Güney Press / Manşet > SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ TƏHSİL RƏZALƏTİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ TƏHSİL RƏZALƏTİ1-10-2012, 16:07 |
![]() Rektorun korrupsiya şəbəkəsi ifşa olunur DİA.AZ: - Sumqayıt Dövlət Universiteti ilə bağlı yazılarımız həm bu gənclik şəhərində, həm də universitetin özündə böyük əks-səda doğurub. Bizim araşdırmalarımızdan sonra elektron poçtumuza kütləvi şəkildə məlumatlar göndərilir. Özünü “Rüşvətsiz təhsil hərəkatı” kimi təqdim edən müəlliflər şok faktlardan bəhs edir. DİA.AZ-a daxil olan həmin materiallardan birini olduğu kimi diqqətinizə çatdırırıq: Qəhrəmanov necə rektor olub? Sumqayıt Dövlat Universitetinin rektoru Nadir Qəhrəmanovun BDU-da oxumağı, namizədlik ve doktorluq dissertasiyası yazması BDU-da işleyen dayisı Sabir Hacıyevin və bibisinin əri Vladimir Tairovun kömeyi ilə olub. BDU-dakı əməllərinə görə 1999- 2000-ci tədris ilində kafedra əməkdaşları rektorluğa muraciət edib onun kafedra müdirliyindən azad etdirilməsi barədə məsələ qaldırıblar. N.Qəhrəmanov Elmlər Akademiyasında iş axtarmağa başlayır. Bu ərəfədə isə universitetin prorektoru Şakir müəllim kabinetində öldürülür və rektor Elmar Fərhadzadə vəzifəsindən azad edilir. Belə bir situasiyadan bəhrələnən isə məhz N.Qəhrəmanov olur. O müxtəlif kanallarla В»yuxarılarВ»a yol tapır və nəticədə Sumqayıt Sənaye Universitetinin bazasında Sumqayıt Dövlət Universiteti yaranır, N.Qəhrəmanov rektor təyin edilir. Həmin ərəfədə universitetin professoru Məmməd Əhmədov da rektor olmaq istəyirmiş. Hətta qudası olan Xəzər səhmdar cəmiyyətinin sədri Qüdrət vasitəsilə nazir Misir Mərdanova hörmət edilir və Əhmədovun rektor təyin olunması istənilir. Amma sonda Qəhrəmanovun planı baş tutur. Rektorun şübhə imperiyası Beləliklə yeni rektor fəaliyyətə başlayır. O ətrafına öz komandasını toplayır. İlk vaxtlar rüşvət prosesində ümumi yığıma rəhbərliyi Məmməd müəllimə tapşırsa da sonradan onların münasibəti pisləşir. Universitet haqda mətbuatda gedən yazıların mənbəyinin M.Əhmədov olduğunu düşünən rektor onu pul yığımından kənarlaşdırır və bu işi elmi işler üzrə prorektor Yadigar müəllimə hevale edir(sonralar Yadigar müəllimi də bu işdən kənarlaşdırırlar). Ümumiyyətlə, N.Qəhrəmanovun mətbuatda universitet haqda gedən yazılara görə böyük bir şübhə sistemi qurub ki, bunun da xeyli qurbanları olub. Məsələn Məmməd müəllimin dostu Rəfael Qasımov, Məmməd Zərbəliyev eyni şübhələr əsasında işdəçn uzaqlaşdırılıb. Şübhələrinə görə rektor falçıya da müraciət edib.В» Müdafiə üçün 1000 manat Başqa bir məktubda isə SDU-dakı rüşvət mənbələrindən bəhs olunur: В»Mən hər semestrdə onlara pul verməyə məcbur olmuşam. Ailəli olduğumdan işləyirdim. Onlar mənə əziyyət verirdilər. Dərsə gəlməyən magistrlər hər semestr 500-600 manat verib 5 alıb gedirdilər mən isə dava-dalaşla 20- 30 manat, bəzən 10 manatla hər imtahanı yola verirdim. Dissertyasiyami özüm yazdım nə qədər elədilər ki özün yaza bilməyəcəksən pulunu ver arxayın get işinlə ol eləmədim özüm yazdım. O biriləri 800-1000 manat verdilər. Sonra məndən dövriyyə vərəqi nə В»Obxodnoy listВ» deyirlər 30 manat istədilər tələbə şübəsində Əntiqə müəllimə Seyidova. Deyilənə görə deputat səməd Seyidovun qohumudur. Mən puluu verəndə qəbz istədim vermədi. Məndən müdafiə ərəfəsində 1000 manat istədilər və dedilər ki onun 500 manatı rektora çatmalıdır mütləq. Mən imkan olmadığından dekan Qafar müəllimin, prorektorlar Yadigar müəllimin, Əkbər müəllimin magistratura şöbəsinin müdiri Kamal müəllimin yanina getdim, hətta rektorun yanına getdim mümkün olmadı. Dedilər bizə catacaq pulu istəmirik rektora çatanı verməsən olan deyil. Axırıncı gün məcbur olub borc alib 500 manat verib canımı qurtardım.В» İmtahan qiymətləri qalxıb Elektron poçtumuza daxil olan bir başqa məktubda isə bizim yazdıqlarımıza müəyyən düzəlişlər edilir və yeni faktlardan söz açılır: В»SDU haqqında yazdıqlarınız düzdür və haqlıdır ancaq bəzi xırda səhvlər gedib. Rüşvətdə yazılan qiymətlər köhnə qiymətlərdir. İndi burada 4000-5000 manata laborant işə götürürlər. Müllim götürmək elmi dərəcəsi olmayanlar 8-10 min manatdir. Elə bu qiymət elmi dərəcəsi olan dosentdir. Kfedra müdiri 10 min, dekan fakultədən asılı olaraq 20-30 min civarındadır. Yaxınlarda ümumi şöbənin müdiri Sevil xanımin vasitəsilə 7 min manata bir baş laborant işə götülüb. Bu şəxsin həyat yoldaşı pullu iş adamıdır, həmçinin Dövlət Sərhəd Xidmətinin rəisi general Elçin Quliyevin qohumudur. İşə girənlər ilk əvvəl rektorun qardaşı Rəşid müəllimin yanına gəlirlər. Yay semestrində kəsiri olanlardan 150- 200 manat istəyirlər. Oktyabrda kəsrlər veriləcək. İndi rektor tələb edir ki (bunu filologiyanin dekani Aslan müəllim deyir) imtahan qiymətlərini qaldirmaq lazımdir. İmtahaların yaz semestrindən fərqli olacağını indidən deyirlər. Qənaətbəxş 60 manat, kafi 80 manat, yaxşı 100 manat, çox yaxşı 120-130 manat, əla 150 manat, kəsirin düzəlməsi 200 manat. Tələbələr qeydiyyatdan keçəndə 50 manatdan yığdılar, indidə 1 manatdan jurnala pul yiğdilar 2011 ci il hesabatina görə büdcə təşkilatları arasında ən çox dəftərxana üçün pul xərcləyən SDU-dur bir ildə 204 min manat Ancaq burda bütün müəllimlər dəftərxana ləvazimatlarini özləri alırlarВ». Geri qayıt |