Əsas Səhifə > Güney Press / Manşet > HEYDƏR BABAYEVİN ADI DA QALMAQALDA HALLANIR

HEYDƏR BABAYEVİN ADI DA QALMAQALDA HALLANIR


1-10-2012, 14:53
HEYDƏR BABAYEVİN ADI DA QALMAQALDA HALLANIR
DİA.AZ: - Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin adı qalmaqalda hallanır. Bu barədə DİA.AZ Rusiya mətbuatına istinadən xəbər verir.

Əcnəbi KİV-lərdə yayılan xəbərlərdən belə aydın olur ki, keçmiş nazirimiz vəzifə başında olarkən Rusiyanın nüfuzlu banklarından olan MDM-Bankdan (В«Moskovskiy delovoy MirВ» Bankı -red.) təxminən 14 milyon manata yaxın vəsait götürüb.

Məlumatda deyilir: В«Həmin vəsait Azərbaycan iqtisadi inkişaf nazirliyi tərəfindən verilmiş Azərbaycan dövlətinin zəmanəti ilə götürülüb. Amma bu vaxta qədər həmin vəsaitin geri qaytarılmasında heç bir təşəbbüs göstərilməyib.

Məlumatlardan aydın olur ki, Heydər Babayev Azərbaycan dövlətinin zəmanəti ilə götürdüyü vəsait hesabına Rusiyaya öz biznes işlərini həyata keçirib: В«Amma son iki ildə banka heç bir pul ödənmədiyindən Heydər Babayevin yaxın qohumlarından birinin (kredit həmin şəxsin adına sənədləşdirilib -red.) məhkəməyə verilməsi gözlənilirВ».

Onu da bildirək ki, bu məlumatla əlaqədar Heydər Babayevin Bakıdakı yaxınları ilə əlaqə saxladıq və onlar da faktı təsdiqlədilər. Eyni zamanda bildirdilər ki, amma artıq tərəflər anlaşıb və keçmiş nazir kreditin ödənilməsi üçün yenidən zaman alıb.

Geri qayıt