Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: MASALLIDA AİLƏSİ 13 YAŞLI QIZI PULA SATIB
ŞOK: MASALLIDA AİLƏSİ 13 YAŞLI QIZI PULA SATIB29-09-2012, 16:37 |
![]() DİA.AZ: - Ötən həftənin sonu Masallının ucqar dağ kəndlərindən birində şok yaradıcı hadisə baş verib. Belə ki, bu il yaşadığı məktəbin 7-ci sinfinə gedən qız gözlənilmədən yoxa çıxıb. Qaçırılan qızın atası Rusiyaya çörək qazanmağa gedib. O, digər bacı və qardaşları ilə anasının himayəsində yaşayıb. DİA.AZ-a verilən məlumata görə, qızın valideyni Polis Şöbəsinə müraciət etdikdən sonra əməliyyat-axtarış işlərinə başlanılıb və qızın Gəncəyə aparıldığı aşkarlanıb. Həmçinin, bildirilir ki, bu azyaşlı qızı həmin vaxtlar o ərazidə mis, alüminium qab-qacaq yığan şəxs qaçırdıb. Eləcə də həmin şəxsin 2 uşağı olduğu, hazırda isə həyat yoldaşı ilə yaşamadığı bildirilir. Son məlumata görə, həmin şəxs həbs olunub və Masallı Rayon Polis Şöbəsində saxlanılır. Sonradan məlumat aldıq ki, qız heç də zorla qaçırılmayıb, ailənin ehtiyac içərisində olduğu nəzərə alınaraq yaxınların köməyi ilə könüllü şəkildə aparılıb. Hadisənin ciddi rezonans doğurduğu bilinəndən sonra polisə müraciət etməyə məcbur olublar. Sözü gedən ailə direktorla üzbəüz qonşudur. Həmin gün qız məktəbli forması və dərslik də alıb. Qeyd: Qaçırılan qızın adı, ünvanı redaksiyaya bəlli olsa da, biz yerli şəraiti və müəyyən məqamları nəzərə alıb onları tam aşkarlamamağı lazım bildik. Geri qayıt |