Əsas Səhifə > Güney Press / Manşet > MASALLININ HƏRBİ KOMİSSARINA CİNAYƏT İŞİ AÇILIR

MASALLININ HƏRBİ KOMİSSARINA CİNAYƏT İŞİ AÇILIR


28-09-2012, 17:17
MASALLININ HƏRBİ KOMİSSARINA CİNAYƏT İŞİ AÇILIR

DİA.AZ: - Ölkəninin korrupsiyanın cəngində olması Elşad Abdullayevin son olaraq yaratdığı qalmaqaldan da aşkar surətdə görünməkdədir. Bu bir faktdır ki, Azərbaycanda vəzifələr alınıb-satılır, məmurlar rüşvətlə mənsəblərini qoruyur və bütün addımlarını rüşvətlə atırlar.

Elə onlardan biri də Masallı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis əvəzi Emin Bağırovdur. DİA.AZ-a bu barədə açıqlama verən Masallıdakı qaynaqlar bildirir ki, zamanında korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşlarının hədəfində olan Emin Bağırov çox yuxarı instansiyalara 500 min dollar həcmində rüşvət verməklə canını və həm də mənsəbini qorumağa müvəffəq olub.

Amma bu heç də hamısı deyil. Mənbəmiz iddia edir ki, Emin Bağırovun başı yenidən cəncələ düşüb: В«Bu dəfə onun prosesdən salamat qurtulması imkansızdır. Çünki artıq Emin Bağırovla bağlı yuxarı orqanlara kifayət qədər şikayətlər ünvanlanıb. Bundan əlavə, xəstə çağırışçıların qanunsuz olaraq hərbi xidmətə göndərilməsi faktının Masallıda bir ənənə halını alması və bu məsələnin hətta Müdafiə Nazirliyi səviyyəsində də qaldırılması hərbi komissar üçün əməlli-başlı problem yaradıbВ».

Mənbəmiz əlavə olaraq bildirdi ki, hərbi komissara qarşı buk imi ittihamlar əsasında cinayət işinin açılması gözlənilir.

Redaksiyamıza bir başqa qaynaqdan ötürülən informasiyada isə bildirilir ki, sabah hərbi komisarların ümumi toplantısında Emin Bağırovun ciddi şəkildə tənbeh olunması da gözlənilir: “Onunla bağlı general da məlumatlıdır və tənbeh birbaşa olaraq generalın ünvanından səslənəcək. Bu isə adamın qələminin qırılması deməkdir”.

Geri qayıt