Əsas Səhifə > Güney Press / Manşet > В«KAPİTALBANKВ»DA DAHA BİR FIRILDAQÇILIQ
В«KAPİTALBANKВ»DA DAHA BİR FIRILDAQÇILIQ28-09-2012, 17:02 |
![]() CƏLİLABAD SAKİNİNƏ BANK MÜDİRİNDƏN İLGİNC TƏKLİF DİA.AZ: - Cəlilabad rayonundan redaksiyamıza В«KapitalBankВ»ın yerli şöbəsinin müdiri Lətif Ağayevin qanunsuz əməlləri ilə bağlı şikayət məktubu daxil olub. DİA.AZ-a müraciət ünvanlayan Cəlilabad rayonu Gülməmmədli kənd sakini İbişov Ağa Bəhrəm oğlu bildirir ki, 1987-ci ilin 10 dekabr tarixində, yəni Sovetlər Birliyinin zamanında Cəlilabad rayonunda fəaliyyət göstərən 3417 nömrəli Əmanət Kassasında 42363 saylı ban hesabı açmış və həmin hesaba 5602 (beş min altı yüz iki) sovet rublu həcmində pul vəsaiti qoyub. Şikayətçi yazır: В«Bundan sonra da həmin hesaba pul yatırmalarını davam etdirmişəm və 01.011992-ci il tarixində həmin hesabdakı pulumun miqdarı 10 min 440 rubl olub. Və sovet dövründən qalma əmanətlərin qaytarılmasını eşitdikdə sevindim, mən də hamı kimi həmin pullarımı müəyyən həcminin itirilməsi hesabına olsa da, geri alınması üçün В«KapitalBankВ»a müraciət etdimВ». Şikayətçi daha sonra yazır: Əmanət kitabçasını və hesab kartoçkasını В«KapitalBankВ»ın nəzdində yaradılmış komissiyaya təqdim etdim və onlar da mənə kompensasiya qəbiz verdilər. Lakin bir müddət əvvəl evimizdə baş verən faciə mənə əməlli-başlı problem yaradıbВ». Narazı Cəlilabad sakini bildirir ki, evində baş vermiş yanğın zamanı kompensasiya qəbiz məhv olub: В«Amma mən bu hadisə ilə bağlı banka müraciət etdikdə bankın müdiri Lətif Ağayev mənə bildirdi ki, pulumu ala bilmərəm. Yalnız bir şərtlə ala bilərəm ki, pulumun yarısını ona verməli olumВ». Həmin təkliflə razılamşadığını bildirən vətəndaş bildirir ki, hər halda halal pulunu kiminləsə bölüşmək istəmir: В«Aidiyyatı qurumların köməyinə ehtiyacım var. Kömək edin, halal pulumu geri alımВ». Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |