Əsas Səhifə > Güney Press / Manşet > HAKİMİYYƏT DAXİLİNDƏ SAATLAR YENİDƏN QURULUR
HAKİMİYYƏT DAXİLİNDƏ SAATLAR YENİDƏN QURULUR28-09-2012, 16:38 |
![]() DİA.AZ: - Gülər Əhmədovanın qələmini qırıblar dedik - qırdılar. İndii sıra kimdədir? Hər halda, məlum videoqalmaqal bununla yetinməyəcək və proseslərin ardı olacaq. Artıq YAP-ın icra katibi Əli Əhmədovun da mövqeyini bilirik. O, bu vaxta qədər Gülər Əhmədova barəsində hətta Elşad Abdullayevin qıyıb demədiyi ən sərt ifadələri işlətdi. Əli Əhmədov hələ məhkəmə sübutu olmadan YAP-çı deputatı, öz həmkarını, partiyadaşını (çünki Gülər xanım hələ də YAP-çıdır -red) В«dələduzВ», В«partiyaya ləkəВ» kimi qiymətləndirdi. Kimdir Əli Əhmədov? Dünənə qədər bu adam Ramiz Mehdiyevin ən şanslı rəqiblərindən biri hesab olunurdu. Amma son parlament seçkilərində Ramiz Mehdiyev onu küncə sıxışdırmağı bacarmışdı və hətta Prezident Administrasiyasının rəhbərliyinə gətiriləcək bir şəxsin parlamentə düşməsi belə sual altında idi. Amma Əli Əhmədov 2010 seçkilərindən salamat can qurtarmağı bacarmışdı. Bu proseslərin ardından Əli Əhmədova qarşı bir mətbu kampaniya da başladı. Ona qarşı mülk davası, filan-filan ittihamlar səsləndirildi. Hədəfdə onun nüfuzdan salınması idi. İndi isə Əli Əhmədov hökumət adından çıxarılan bir hökmü elan edir: Gülər Əhmədov dışlansın… Dünən isə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Gülər Əhmədovanı müdafiə etməyə çalışmışdı və hətta onu korrupsiyaya qarşı mübarizənin MÜCAHİDİ kimi də təqdim etmək fikrində idi. Amma alınmadı. Ramiz Mehdiyev və onun cinahı yenik düşdü. Kimin qalib gəlməsi o qədər də önəmli deyil. Önəmli olanı artıq hakim düşərgə daxilində bir silkələnmənin mütləq şəkildə yaşhanacıdır. Çünki qocaman DİV sayılan Ramiz Mehdiyev silkinməli olacaq… Yəni YAP siyasətinin kökü yerindən oynayır… DİA.AZ Analitik şöbə Geri qayıt |