Əsas Səhifə > Güney Press / Manşet > MƏHƏRRƏM ƏLİYEV YENİDƏN POLİS SİSTEMİNƏ DÖNÜR?
MƏHƏRRƏM ƏLİYEV YENİDƏN POLİS SİSTEMİNƏ DÖNÜR?27-09-2012, 14:34 |
![]() DİA.AZ: - Neçə müddətdir ki, səs-sədası gəlməyən Azərbaycanın Tacikistandakı keçmiş səfiri, Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi Məhərrəm Əliyevlə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Bu barədə DİA.AZ-ı bilgiləndirən qaynağın iddialarına görə, Məhərrəm Əliyev bir neçə gün əvvəl özünə yaxın şəxslərdən ibarət məclisdə yenidən polis sisteminə qayıdacağı haqda inamla danışıb və hətta bu barədə В«yuxarılarВ»dan vəd aldığını da söyləyib. Mənbə bildirir ki, Məhərrəm Əliyev əlavə olaraq DİN-də yüksək vəzifə alacağını da söyləyib: В«Keçmiş rəis bildirib ki, o, bu dəfə təntənəli surətdə polis sisteminə qayıdacaqВ». Hər halda, Məhərrəm Əliyevin bir güvənc yerinin olduğu sirr deyil. O da sirr deyil ki, sabiq В«qorotdelВ» şefi özünə yaxın mətbuatda ölkənin kriminogen durumu ilə bağlı el məlumatlar yaydırır ki, sanki Azərbaycanda bu istiqamətdə özbaşınalıqdır və kriminogen durum o qədər nəzarətsiz qalıb ki, hətta oğrular kimisə rahatcasına cəzalandıra, öz yığıncaqlarını keçirə bilirlər və eyni zamanda qərarlarını icra da etdirirlər. Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |