Əsas Səhifə > Güney Press / Manşet > SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ ÖZBAŞINALIQ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ ÖZBAŞINALIQ


27-09-2012, 12:21
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ ÖZBAŞINALIQ

NADİR QƏHRƏMANOV ELDAR ƏZİZOVUN В«AĞZINI PULLA BAĞLAYIBВ»

В«YetərВ» şadlıq evi, 100 min dollara В«ToyotaВ», ikinci kursa birbaşa qəbul...

DİA.AZ: - Sumqayıt Dövlət Universiteti ölkəmizin ən iri ali təhsil müəssisələrindən biridir. 1961-ci ildən fəaliyyət güstərən Azərbaycan Sənaye İnstitutunun bazasında yaradılmış bu ali təhsil ocağında 7 minə yaxın tələbə müxtəlif ixtisaslar üzrə təhsil alır. Hələ 2000-ci ildə burada baş verən özbaşınalıqlar, rüşvətxorluq, maliyyə yeyintiləri, Təhsil Nazirliyini qəti tədbirlərə əl atmağa məcbur etdi. Rektor dəyişdirildi, hətta bir qrup müəllim, əlaqədar digər səlahiyyətlilər müxtəlif sahələrdə qanunsuz-luqlara görə təqsirləndirilərək barələrində cinayət işləri açıldı, bir çoxları isə həbs edildi.

DİA.AZ bildirir ki, orada çalışan müəllimlər elə zənn edirdilər ki, 2000-ci ilin mayında bu ali məktəbə rektor təyin edilən professor Nadir Qəhrəmanov mövcud vəziyyətin aradan qaldırılması, uiversitetdə sağlam mühitin bərqərar olmasına nail olacaq. İnsafən ilk vaxtlar bu istiqamətdə müəyyən işlər görüldü. İnstituta Təhsil Nazirliyi hər cür diqqət və qayğısını əsirgəmədi. Amma Sumqayıt Dövlət Universitetində işlər heç də Təhsil Nazirliyi rəhbərliyinin istədiyi kimi getmədi. Ona göstərilən etimaddan daha çox öz şəxsi maraqları üçün istifadə edən Nadir Qəhrəmanovun universitetdəki özbaşınalığı son dövrlər daha dözülməz həddə çatıb. Ali təhsil müəssisəsinin tələbə, müəllim və professor heyəti bütün bu özbaşınalıqlara əlaqədar qurumlar tərəfindən nə vaxt son qoyulacağını səbirsizliklə gözləyirlər. rektor N.Qəhrəmanovun özbaşınalıqları, universitetdə baş alıb gedən qanunsuzluqlar bir deyil, heç beş də deyil...

50 minlik dekan, 20 minlik kafedra müdiri, 3 minlik müəllim...

Əslində korrupsiya elementləri bütün ali məktəblərdə mövcuddur. Fərq etməz az və ya çox. Amma SDU-da rüşvətxorluq elə geniş şəkildə kök atıb ki, bunun üzərində xüsusi olaraq dayanmağa zərurət var. Artıq tələbələr arasında deyim yaranıb ki, bu təhsil ocağında dolların varsa, hər şeyə nail ola bilərsən. Tələbələri qınamağa dəyməz. SDU-da vəziyyət həqiqətən də bərbaddır. İş o yerə çatıb ki, burada 50 min dollara dekan, 10-20 min dollara kafedra müdiri işləmək olar. Universitetdə müəllim düzəlmək üçün 2000-3000 dollar, laborant düzəlmək üçün 1000-2000 dollarından keçməlisən. SDU yeganə təhsi müəssisəsidir ki, dekan və onların müavinləri semestr imtahanlarında pulu açıq şəkildə yığır. Bu baxımdan tarix fakültəsinin dekanı Adil müəllim və prorektor Məhəmməd müəllim öz fəallığı ilə seçilir. Tələbə oxudu-oxumadı, dəxli yoxdur. Hamıdan rüşvət tələb edilir. İmtahanlarda müəllimlərin bütün səlahiyyətləri əllərindən alınıb. Orada olarkən bi-zimlə söhbətində SDU-nun tələbələri bildirdi ki, indi imtahan vaxtıdır deyə, müəllim və dekanlar bizə aşağıdan yuxarı baxırlar. Halbuki, başqa vaxtlar onlar bizimlə çox mülayim rəftar edirdilər. Adını çəkilməsini istəməyən tələbələrdən biri bildirdi ki, В«semestr imtahanlarında rektora hökmən fakültə üzrə hər tələbəyə görə 100 manat pul verilməlidir. Əgər tarix fakültəsində 100-150 tələbə oxuyursa, onda söhbətsiz-filansız 10-15 min manat rektorun stolunun üstünə qoyulmalıdır. Xarici dil fənnindən imtahan üçün hər tələbədən 50 manat pul yığılır və açıq şəkildə tələbəyə bildirilir ki, bu pulun yarısı şəxsən rektora çatdırılırВ».

Qardaşların tandemi yaxud В«QəssəbВ» Nadir

Bundan əlavə bakalavrların pedaqoji təcrübəsindən qazanılan В«gəlirlərinВ» 200 manatı da rektorundur. Buraxılış işinə görə (diplom müdafiəsi) hər tələbədən alınan pulun 50 faizi yenə Nadir müəllimə çatdırılır. SDU-da elmi dərəcəsi olmayanlar rüşvət verməklə dekan müavini təyin edilib. Hətta N.Qəhrəmanov rektor postuna təyin olunduqdan sonra qardaşı rəşidi kimya kafedrasına müdir təyin edib. Ərköyün qardaşlar universitetdə özbaşınalıqları ilə seçilir. rektor bibisinin əri, professor Vladimir Tahirovu Bakı Düvlət Universitetində işləyə-işləyə SDU-da da 1 ştat işə götürüb. O isə dərs keçməyə gəlmədiyi üçün onun dərsini Nadir müəllimin qardaşı rəşidin qızı Sara müəllimə aparır. Universitetdə elmi dissertasiya işləri-nə rəhbərlik Vladimir Tahirova həvalə edilib. Bu ali təhsil ocağında elmi-tədqiqat qurğuları olmaya-olmaya 5-7 min dollara dissertasiya işləri ortaya çıxarılır. Hələ indi çalışırlar ki, universitetdə elmitədqiqat qurğuları quraşdırılsın. Universitetdə saat hesabı pulların yeyintisi də kütləvi hal alıb. Təmir adı ilə külli-miqdarda vəsait mənimsənilib. Bundan başqa uniersitetin adına 22 min ABŞ dolları qiymətində В«ToyotaВ» markalı maşın 120 min ABŞ dollarına sənədləşdirilib. Bütün maliyyə sənədlərində həmin qiymət göstərilir.

Universitet pulu ilə şadlıq sarayı təmir edilir

SDU-nun rektorunun özbaşınalıqları bütün bu qeyd etdiklərimizlə bitmir. Özünə qismət, yaxşı var-dövlət, mülk-imarət sahibi olub. O, 2004-cü ildə Abşeron rayonun Saray qəsəbəsində fərdi yaşayış evinin qarşısında, Saray Sumqayıt yolu-nun kənarında 3 mərtəbəli mülk, əzəmətli şadlıq evi tikdirib. Adını da Yetər qo-yub. Yetər də şadlıq sarayı adı olar? Deyilənlərə görə, həyat yoldaşı və nəvəsinin adı Yetərdir. Verilən məlumata gürə, universitetə ayrılan təmir pulları hesabına 2006-cı ilin əvvəllərində Saraydakı şadlıq evini əməlli-başlı təmir də etdirib. Sonra-dan orada təmir-tikinti işlərini görən В«RaufВ» firması ilə pulların ödənməməsi üstün-də ədavət yaranıb ki, indinin özündə də bu insident davam edir. Pulu üdəməyən universitetin o zamankı təsərrüfat məsələləri üzrə prorektoru idi. Bəhanəsi odur ki, şadlıq evində görülən işlərin keyfiyyəti rektoru qane etməyib. Onların fikrincə, cüzi miqdarda pulla böyük bir şadlıq evi lüks təmir olunmalıdır.

Universitetin arxasında bu ali məktəbə aid olan qarajlar, qeyri-qanuni sexlər fəaliyyət güstərir. Bundan əlavə universitetin mərkəzi binasının ətrafındakı ərazi zəbt olunub, orada yüksək mərtəbəli bina tikilməkdədir. Universitetin arxa tərəfin-dəki yaşıllıq zolağında çoxillik ağacların kəsilərək yerində üç mərtəbəli özəl tibb mərkəzinin tikilməsindən rektorun məlumatsız olması yəqin ki, mümkünsüzdür.

SDU üzərində qurulan biznes

Sumqayıt Dövlət Universiteti ilə bağlı xoşagəlməzliklər haqqında məlumat alan kimi bu В«elm ocağınaВ» baş çəkdik. Universitetin həyətində (fotodan da göründüyü kimi) tələbələr qaynaşırlar. Sanki tələbələr universitetin həyətində etiraz aksiyasına hazırlaşırdılar. Sonradan aldığımız məlumata görə Sumqayıt İH başçısı E. Əziziov bu şəhərə təyin olunandan 26 sentyabr tarixini В«Şəhər günüВ» kimi bayram elan etmişdir.

Geniş əraziyə malik olan Sumqayıt Dövlət Universitetinin Sovetlər dönəmində təbii futbol meydançası mövcud idi. Universitetin rektoru Prof. Nadir Fərruxoğlu Qəhrəmanov həmin futbol meydançasında qeyri-qanuni olaraq 3 göydələn (14 mərtəbəli) binalar inşa etdirmişdir. Universitetin həyətinə daxil olarkən, binanın giriş qapısına yaxın rektora məxsus şəxsi BMW markalı avtomobilinə 50-AA-709 dövlət nömrə nişanının asıldığı da gözümüzdən yayınmadı.

Hal-hazırda həmin binalardaki mənzillər sakinlərə satılmışdır. Artıq binalarda bir mənzil belə boş deyil. Binanın 1-ci mərətəbəsi bütövlükdə rektora məxsus olduğundan В«Doktor AzВ» klinikası, lombard, mebel, inşaat materyalları vs. dükanlarını böyük məbləğdə icarəyə vermişdir. Cənab rektorun bundan savayı Abşeron rayonu Saray qəsəbəsində В«YetərВ» şadlıq sarayı fəaliyyət göstərir. Ümumiyyətlə rektor Sumqayıt şəhərində onlarla obyektə sahib olmuşdur.

Rektorun tapşırığı ilə bütün kafedra müdirlərinə sessiya imtahanlarının В«qiymətləriВ» birdən-birə 50 manatdan 70 manata qaldırılmışdır. Bu haqda məlumatı bizə В«Fizika və elektroenergetikaВ» fakültəsində təhsil alan yaxınımız olan bir tələbə vermişdir.

Fizika və elektroenergetika fakültəsinin dekanı tex.e.n., dosent Vaqif Qafar oğlu Səttarovdur. Onun В«pulyığanıВ» isə öz müavini Ramiz müəllimdir. Universitetdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin В«tuthatutВ»undan belə çəkinməyərək bazar açmışlar.

Qiyabi şöbədə baş verən qalmaqal
Sonda digər universitetdə çalışan tanış müəllimdən belə bir məlumat aldıq ki, qiyabi şöbənin prorektoru professor Sevda xanım Mikayılovanı heç bir səbəb olmadan işdən azad etmişdir. Belə ki, Sevda xanım Mikayılova Sovetlər dönəmində Neft-Kimya İnstitutu adını daşıyan həmin institutu bitirdikdən sonra orada saxlanılaraq müəllim kimi fəaliyyət göstərməyə başlamışdır. Digər mənbədən əldə etdiyimiz məlumata görə rektor Nadir Qəhrəmanov universitetin ərazisində inşa etdirdiyi binalara şərik, Sevda xanımın yaxın qohumlarından biri olmuşdur. Binanın tikintisi başa çatdıqdan sonra tikintidən əldə olunan qazancın bölünməsində rektorla iş adamının arasında böyük qalmaqal baş verir. rektor iş adamı ilə aralarındaki sövdələşməni cığallıq edərək pozur.

Mübahisə iş adamının qələbəsi ilə nəticələndiyindən В«Qəssab NadirВ» qarşı tərəfdən intiqam almaq üçün iş adamının qohumu, qiyabi şöbənin prorektoru, professor Sevda Mikayılovanı heç bir səbəb olmadan işdən azad edir. Çoxdan idi ki, universitetdə müəllim kimi çalışan və tələbələrdən aldığı rüşvətə görə rekord həddini aşan Qafar Ramazanov qiyabi şöbənin prorektoru vəzifəsinə göz dikmişdi. O vəzifəni tutmaq üçün çox çalışırdı.

Ramazan Qafarov çoxdan idi ki, prorektor Sevda Mikayılova haqqında kompromat toplaya bilmirdi. Bu tikinti qalmaqalını eşidən kimi rektorla qruplaşaraq Sevda xanımı öz vəzifəsindən sala bilirlər. Az sonra Qafar Ramazanov bütün çirkin vasitələrdən istifadə edərək özünü qiyabi şöbəyə prorektor təyin etdirə bilir. Fəaliyyət göastərdiyi zaman kəsiyində prof. Sevda Mikayılova rəhbərlik etdiyi qiyabi şöbə tələbələrinə həmişə ana qayğısı göstərərək dərslərini oxumağı, heç kimə rüşvət verməmələrini təbliğ edirdi. Bu da universitet rəhbərliyi tərəfindən qəbul olunmurdu. Sevda xanımın tələbələrinə bu cür tövsiyyələri rüşvət yığımına, rektora çatası böyük məbləğin azalmasına səbəb olurdu. Sevda xanım arzu olunan kollektivdə çalışmırdı. O həmişə universitetin bazara çevrildiyini deyirmiş. Hətta ölkə başçısı tərəfindən professor Sevda Mikayılova Tərəqqi medalı ilə də təltif edilmişdir. Yəni universitet rektoru prezidentin də dəyər verdiyi bir elm xadiminə qarşı bu cür sayğısızlıq göstərmişdir.

Göründüyü kimi, onun haqlı mübarizəsi bu cür sonluqla başa çatdı. Artıq qiyabi şöbələrdə professor Sevda Mikayılovanın qoyub getdiyi ənənədən əsər-əlamət belə qalmamışdır. Müntəzəm olaraq ölkə vətəndaşları üçün Sumqayıt Dövlət Universiteti adını daşıyan, lakin Qafar Ramazanov, rektor Nadir Qəhrəmanov kimilərin əlində В«bazaraВ» çevrilmiş bu universitet haqqında məlumatlarmızı dərc edəcəyik.

Sumqayıt Dövlət Universiteti haqqında araşdırmalarımız davam edir...

Geri qayıt