Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..."
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..."Bu gün, 12:09 |
|
"Bir qələt etdik yenə getdik ilişdik bu "Kontakt Home"a..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Ülviyyə Fərhad qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Deməli, soyuducu almışıq. Gətirib yerləşdiriblər. Qapıdan keçmədiyi üçün əlavə 30 manat da aldılar. Halal xoşları, problem o deyil. Məsələ budur ki, soyuducunu gətirib yerləşdirəndə içərisində (divardakı panelin arxasında) ağ kartonları çıxarmayıblar.
Mən də bu səhər qoşmaq istəyəndə cəhd etdim, çıxara bilmədim. Qorxuram qırılar, zədələnər. Zəng etmişəm "qaynar xətt"lərinə şikayəti dinləyib servisə yönləndirirlər. Servis də mədəni şəkildə nömrədəki balansı "oğurlayır", axırda da deyir "xəttlər məşğuldur, cavab verə bilmirik".
Köhnə soyuducu başıma yüz oyun açdı, indi də yenisini aldıq, "Kontakt Home" da belə edir... Ya gəlin bunu düz-əməlli təhvil verin, ya da məhsulunuzu aparın. Ödəniş də gözləməyin..."
Geri qayıt |