Əsas Səhifə > Manşet / Siyasət > Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər...

Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər...


Bu gün, 10:43

"SOCAR "Azəriqaz"da heç Baş direktoru eşidən var ki..?" "DİA-AZ" xəbər verir ki, bunu sözügedən qurumun işçisi Xəqani Əsgərov Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabındakı paylaşımında qeyd edir.

O daha sonra fikrini belə davam etdirir: ""Azəriqaz"ın bəzi regional idarələri var ki, hərə özünə bir ağadır... Bakı regional idarəsi bir ayrıca "Azəriqaz" idarəsidir. İstədiklərini edirlər. Qapıçıdan mühəndis düzəldirlər... Savadı olmasa da olar, əsas rəhbərliyin həmyerlisi, yaxını olsun... Bakı şəhərinin 12 rayonunu 16 edib, özündən rəis təyin edib. Bakı Regional Qaz İstismarı İdarəsi bu gün az qala "Azəriqaz"ın özünə alternativdir...

Bundan sonra bu qurumun rəhbəri baş direktoru eşidər? Faktiki olaraq da eşitmir. Yuxarı təşkilatlara yalan məlumat verməkdən belə çəkinmir. Bu qədər qaz itkisi var Bakı regionalın ayağında... Hara gedir bu qədər qaz itkisi....

Əslində qaz itmir, kimlərsə özünə obyekt, kimlərsə "Lexsus", kimlərsə villa və başqa əmlakları əldə edir bu itkilərin hesabına...

5 manat borcu olan vətəndaşın qapısına üç maşın göndərirlər ki kəsin onun qazını... Bəs bu qədər itki nədən, necə yaranır və arta-arta gedir...

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov xəbərdarlıq edir. Dövlət stastistika komitəsi həyəcan təbili çalır ki, itkilər artıq... Bunlar isə gündə bir iclas keçirib, özlərini iş görən kimi göstərirlər... Real tədbir görmək sərf etmir axı bunlara..."


Geri qayıt