Əsas Səhifə > Manşet / Sosial > Adil Əliyev yaxşı başçı olsaydı...

Adil Əliyev yaxşı başçı olsaydı...


Bu gün, 12:25

İyulun 8-də Adil Əliyevin Suraxanı rayonuna icra başçısı təyin edilməsinin iki ili tamam oldu. "DİA-AZ" bildirir ki, karyerasında Milli Məslisin rəhbərliyindən Suraxanı RİH-in başçısı postuna qədər bir eniş yaşayan Adil Əliyev hazırki mövqeyini də itirə bilər. Hər halda görünəni və aydın olanı budur.

Yalnız TROL MÜDAFİƏSİNDƏ müsbət xarakterizə olunan və hətta bu günlərdə onunla bağlı şikayətçi düşən ŞƏHİD ATASINI dediklərindən imtinaya qədər məcbur etməsini qələbə kimi qeyd edən Adil Əliyev bu gün barəsində ən çox giley-güzar olunan rayon rəhbərlərindən biri, bəlkə də birincisidir.

Biz isə kimin nəyi necə iddia etməsindən asılı olmayaraq konkret vətəndaş müraciətlərinin növbəti partiyasını təqdim edirik. Beləliklə sakinlər yazır...

***

İcranın parkına zülmət qaranlıqdan girmək olmur. Hələ uşaqlar o qaranlıqda yellənçəklərə minirlər. Sakinlər işdən gələndə qaranlıqdan ayaqlarının altını belə görmür. Telefonun işiğını yandırıb yol gedən sakinləri orda tez-tez görərsən. Xırda daşları töküblər yola... asfalt çəkməyə 3 aydır elə qalıb yerimək olmur. İcranın parkı... o fəvvarəli hovuzu niyə ora qoyublar mən anlamıram. Kimsə həmin fəvvarənin işləməyini görməyib. hansı dərdi deyəsən, bilmirsən...

***

Zığda əsas yol və məhəllə arası yollar bərbad qündədir. Adil Əliyev yaxşı başçı olsaydı, ilk gəldiyi gün yolları təmir etdirərdi. O, həmin yolları getmir ki, yollardan xəbəri də yoxdur. Ona görə kimsə deməsin ki, ay başçı filan yerə gəlib görüş keçirdi, ya nə etdi...

***

Hövsanda vəziyyət daha ağırdır. Küçələr gecələr ümumiyyətlə, keçilməz olur. Şikayətlərə də baxılmır. Qaranlıq yol... piyada yolu, səkisi də yox... Rəsmən həyatının risqini yaşayırsan yol gedəndə...

***

Əmircanda 3-4 aydır ki, yol çöküb. Heç kim də baxmır. "Tatar qəbiristanlığı"nın yolu isə daha bərbad gündədir...


***

DAVAMI OLACAQ...


Geri qayıt