Əsas Səhifə > Manşet / Siyasət > “İxtisar” adı ilə işdən azad edildi və...

“İxtisar” adı ilə işdən azad edildi və...


Bu gün, 07:58

Üzləşdiyi çətinliklərlə bağlı müraciət edən Orxan Yusifov bildirir ki, Bərdə Kommunal Müəssisələri Birliyində fəhlə-nəzarətçi vəzifəsində çalışdığı 8 ayın ardından heç bir qanuni əsas göstərilmədən, “ixtisar” adı ilə işdən azad edilib.
"DİA-AZ" xəbər verir ki, şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsə də, onun müraciətləri nəticəsiz qalıb. Orxan Yusifov iddia edir ki, işdən azad edilməsinin Baş nazirin və Maliyyə Nazirliyinin qərarı əsasında həyata keçirildiyi bildirilib.
Vətəndaş hesab edir ki, işində hər hansı səhvə yol vermədiyi halda vəzifəsindən azad edilməsi qanunsuzdur. O, işinə bərpa olunmasını tələb edir.
Orxan Yusifov ailəsinin ağır sosial vəziyyətdə olduğunu, övladlarının ən sadə ehtiyaclarını belə qarşılamaqda çətinlik çəkdiyini bildirir. O, aidiyyatı dövlət qurumlarına müraciət edərək vəziyyətinin araşdırılmasını və işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edir. 

.

.

.

Yazıları DƏDƏ MALI kimi oğurlaya bilərsiniz...


Geri qayıt